Bakı. Trend:
“Napoli” futbolçuları İtaliya çempionatının 27-ci turunda “Parma” ilə səfər matçını 0:0 hesabı ilə başa vurublar.
Trend-in məlumatına görə, bu görüşdən sonra "Napoli"nin 79 xalı var və turnir cədvəlinə başçılıq etməkdə davam edir.
"İnter" öz meydanında "Latsio" ilə 2:2 bərabərə qalaraq, finişə bir tur qalmış onları ötmək şansını əldən verdi.
45+2-ci dəqiqədə Yann Bissecq "İnter"i hesabda irəli çıxarıb. 72-ci dəqiqədə Pedro Rodriges hesabı bərabərləşdirib. 79-cu dəqiqədə Denzel Dumfries hesabı 2:1-ə "İnter"in xeyrinə edib. 90-cı dəqiqədə “Latsio” yenə bərabərliyə nail oldu: Pedro Rodriges penaltini qola çevirdi.
Sona bir tur qalmış “İnter” “Latsio”dan 1 xal geri qalır.