...

"Liverpul"un keçmiş müdafiəçisi vəfat edib

İdman Materials 22 İyul 2025 14:52 (UTC +04:00)
"Liverpul"un keçmiş müdafiəçisi vəfat edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İngiltərənin “Liverpul” futbol klubunun və Uels milli komandasının keçmiş müdafiəçisi Co Cons (Joey Jones –ing.) 70 yaşında dünyasını dəyişib.

Trend bu barədə BBC-yə istinadən xəbər verir.

Sabiq futbolçunun uzun sürən xəstəlikdən vəfat etdiyi bildirilir.

Sol cinah müdafiəçisi 72 dəfə Uels yığmasının formasında meydana çıxıb, “Liverpul” klubunda top qovduğu müddətdə Birinci divizion çempionu olub, iki dəfə Avropa Kupoku, bir dəfə UEFA və bir dəfə Avropa Super Kubokunun mükafatçısı olub.

O, 1992-ci ildə 37 yaşında peşəkar futbol karyerasını başa vurmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti