...

"Qəbələ" iki futbolçu ilə müqaviləni uzadıb

İdman Materials 5 Avqust 2025 17:47 (UTC +04:00)
"Qəbələ" iki futbolçu ilə müqaviləni uzadıb
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

"Qəbələ" iki futbolçusu ilə müqaviləsini uzadıb.

Trend xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, klub Əylət təmsilçisi Qədir Ramazanov və Elnur Mustafayevlə yeni müqavilə imzalayıb.

19 yaşlı yarımmüdafiəçi və 19 yaşlı müdafiəçi ilə müqavilə 3 il müddətinə nəzərdə tutulub.

Qeyd edək ki, "Qəbələ" bunadək Prins Ovusu (son olaraq "Qəbələ"nin U-19 komandasında oynayıb), İsaak Amoah (son klubu “Atletiko Sanlukenyo”, İspaniya), Paulo Quimbila (son klubu "Əl-Əhli, Bəhreyn), Adriel Ba Loua (son klubu “Kan”, Fransa), Eduardo Kundeni ("Persis", İndoneziya) sıralarına qatıb, Emil Süleymanov ("Şamaxı", icarə), Müşviq Nadirov, Samir Həsənov, Ruslan Voronsov, İbrahim Ramazanov, Oçe Oçoveçin, Elvin Yunuszadə, Sənan Ağalarov və Urfan İsmayılovla yollarını ayırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti