...

“Qalatasaray” Alvaro Morata ilə yollarını ayırıb

İdman Materials 11 Avqust 2025 10:40 (UTC +04:00)
“Qalatasaray” Alvaro Morata ilə yollarını ayırıb
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

“Qalatasaray” futbol klubun da ayrılıq yaşanıb.

Trend xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yayılıb.

Məlumata görə, İstanbul təmsilçisi heyətində icarə əsasında çıxış edən Alvaro Morata ilə vidalaşıb. Onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Müqavilə ilə İtaliya “Milan”ına məxsus olan ispaniyalı hücumçu A Seriyasının digər təmsilçisi “Komo”ya keçəcək.

Qeyd edək ki, “Qalatasaray” isə Moratanın gedişindən 5 milyon avro qazanacaq. O, bu ilin fevralında “cim-bom”a keçmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti