...

"PSJ" UEFA Superkubokunun qalibi olub

İdman Materials 14 Avqust 2025 01:23 (UTC +04:00)
"PSJ" UEFA Superkubokunun qalibi olub

Bakı. Trend:

Fransanın "Pari Sen-Jermen" futbol klubu UEFA Superkubokunun qalibi olub.

Trend-in məlumatına görə, PSJ İngiltərənin "Tottenhem" komandasına penaltilər seriyasında qalib gələrək kuboku qazanıb.

Görüş İtaliyanın Udine şəhərindəki "Friuli" stadionunda baş tutub.

Qarşılaşmanın əsas vaxtdı 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. PSJ-nin heyətində qolları Li Kan İn (85-ci dəqiqə) və Qonsalu Ramos (90+4) vurublar. "Tottenhem”dən Miki van de Ven (39) və Kristian Romero (48) fərqləniblər. Penaltilər seriyasında isə Paris təmsilçisinin futbolçuları daha dəqiq olub - 4:3.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti