...

Levandovski karyerası ilə bağlı qərar verdi

İdman Materials 11 Noyabr 2025 13:23 (UTC +04:00)
Levandovski karyerası ilə bağlı qərar verdi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Barselona”nın hücumçusu Robert Levandovski klubdan ayrılmaq istəmir və müqaviləsinin sonunadək davam etmək niyyətindədir.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, polşalı və ailəsi Barselonadakı həyata tam uyğunlaşıb və özlərini rahat hiss edirlər.

Levandovskinin müqaviləsi 2026-cı ilin yayına qədərdir. Polşalı hücumçu klubda ən azı bir mövsüm keçirə biləcəyinə inanır və daha az oyun vaxtı ilə belə, lazım gələrsə, əvəzedici rolunu qəbul etməyə hazırdır.

“Barselona” rəhbərliyi onun müqaviləsi müddətini artırmaq qərarına gəlməsə, Levandovski karyerasını başa vura bilər. Onun prioriteti “Barselona”da qalmaq və mümkünsə, karyerasını orada davam etdirməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti