...

DÇ-2026: Azərbaycan millisi evdə İslandiyaya məğlub olub (YENİLƏNİB-2)

İdman Materials 13 Noyabr 2025 23:01 (UTC +04:00)
DÇ-2026: Azərbaycan millisi evdə İslandiyaya məğlub olub (YENİLƏNİB-2)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin V turu çərçivəsində keçirilən Azərbaycan - İslandiya oyunu başa çatıb.

Trend-in məlumatına görə, 8-ci kilometr qəsəbə stadionunda təşkil olunan görüş rəqibin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları Albert Qudmundsson və Sverrir İnqason vurublar.

Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə sonuncu görüşünü noyabrın 16-da Bakıda Fransaya qarşı keçirəcək.

xxx

21:52

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin V turu çərçivəsində keçirilən Azərbaycan - İslandiya oyununda ikinci qol vurulub.

Trend-in məlumatına görə, 8-ci kilometr qəsəbə stadionunda təşkil olunan görüşün 39-cu dəqiqəsində rəqibin heyətində Sverrir İnqason diqqət mərkəzinə düşüb.

xxx

21:29

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin V turu çərçivəsində keçirilən Azərbaycan-İslandiya oyunu keçirilir.

Trend-in məlumatına görə, 8-ci kilometr qəsəbə stadionunda təşkil olunan görüşda hesab açılıb.

Oyunun 20-ci dəqiqəsində İslandiya millisinin futbolçusu Albert Qundmundsson fəqrlənib.

Qarşılaşmanı Monteneqro və Serbiyadan olan hakimlər briqadası idarə edir.

Xəbər yenilənəcək

Məqalədə:
Xəbər lenti

Xəbər lenti