...

Fransa millisi dünya çempionatının əsasə mərhələsinə vəsiqə qazanıb

İdman Materials 14 Noyabr 2025 03:04 (UTC +04:00)
Fransa millisi dünya çempionatının əsasə mərhələsinə vəsiqə qazanıb

Bakı. Trend:

Fransa milli komandası 2026-cı il Dünya Kuboku seçmə mərhələsinin beşinci turunda evdə Ukrayna komandasını 4-0 hesabı ilə məğlub edərək yarışın final mərhələsinə vəsiqə qazanıb.

Trend-in məlumatına görə, qolları Kilian Mbappe (55 və 83-cü dəqiqə), Maykl Olise (76) və Uqo Ekitiike (88) vurub.

Seçmə mərhələsinin bitməsinə bir tur qalmış Fransa komandasının 13 xalı var və D qrupunda birinci yerdədir. İslandiya ikinci yerdədir (7 xal), onun ardınca Ukrayna (7) və Azərbaycan (1) gəlirlər.

Noyabrın 16-da keçiriləcək son turda Fransa komandası səfərdə Azərbaycanla, Ukrayna komandası isə İslandiya ilə qarşılaşacaq. Pley-offa vəsiqə qazanmaq üçün İslandiyaya məğlub olmamaq kifayətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti