...

“Qarabağ” – “Nyukasl” oyununun matçının biletləri satışa çıxır

İdman Materials 11 Fevral 2026 12:35 (UTC +04:00)
“Qarabağ” – “Nyukasl” oyununun matçının biletləri satışa çıxır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ” və İngiltərənin “Nyukasl” komandaları arasında keçiriləcək ilk matçın biletləri sabah satışa çıxarılacaq.

Ağdam klubunun Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, biletlər gün ərzində satışda olacaq.

Biletləri yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən almaq olar.

Qeyd edək ki, fevralın 18-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Nyukasl” oyunu saat 21:45-da başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti