...

Lənkəran MDB-nin populyar turizm məkanlarının beşliyində

İqtisadiyyat Materials 2 Sentyabr 2016 13:32 (UTC +04:00)
RoomGuru.ru hotel axtarış servisi Rusiya vətəndaşlarının MDB ölkələrində istirahəti barədə məlumatları yekunlaşdırıb.
Lənkəran MDB-nin populyar turizm məkanlarının beşliyində

Bakı. Trend:

RoomGuru.ru hotel axtarış servisi Rusiya vətəndaşlarının MDB ölkələrində istirahəti barədə məlumatları yekunlaşdırıb.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, reytinq cədvəli 2016-cı il iyunun 1-dən avqustun 31-dək mehmanxana və apartamentlər axtarışı və bronlanması barədə məlumatlara əsasən tərtib edilib. MDB-nin populyar turizm məkanlarının ilk beşliyinə Lənkəran da daxildir.

Servis bildirir ki, bu il yayda rusiyalıların MDB ölkələrinə səyahətlərinin sayı keçən ilin yayı ilə müqayisədə 10 faiz artıb, turistlərin səyahət xərcləri isə orta hesabla sutkada 3,6 min rubl (55 dollar) olub. Lənkərana orta hesabla bir həftəliyə gələn rusiyalı turistlər əsasən Sankt-Peterburqdan və Moskvadan olublar.

Yay səyahətləri üçün ən populyar MDB şəhərlərinin siyahısında birinci yerdə Minsk gedir.

Bu il yayda rusiyalıların səfərləri üçün ən populyar MDB şəhərlərinin ilk onluğuna Bakı da daxil olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti