...

Azərbaycan - AYİB əlaqələri müzakirə olunub

İqtisadiyyat Materials 16 Sentyabr 2016 17:01 (UTC +04:00)
İqtisadiyyat naziri Şahin Mustafayev AYİB-in Cənubi Qafqaz, Moldova və Belarus üzrə direktoru Bruno Balvaneranı qəbul edib.
Azərbaycan - AYİB əlaqələri müzakirə olunub

Bakı. Trend:

İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Cənubi Qafqaz, Moldova və Belarus üzrə direktoru Bruno Balvaneranı qəbul edib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan və AYİB arasında əməkdaşlıq, ölkəmizdə aparılan iqtisadi islahatlar, iqtisadiyyatın prioritetləri barədə müzakirələr aparılıb, AYİB-in Azərbaycandakı daimi nümayəndəliyinin yeni rəhbəri İ.Duarte Azərbaycan tərəfinə təqdim olunub.

Nazir Ş.Mustafayev yeni vəzifəyə təyin olunması münasibətilə İ.Duarteni təbrik edib, fəaliyyətinin Azərbaycan-AYİB əlaqələrinin inkişafına töhfə verəcəyinə əminliyini bildirib. Azərbaycan və AYİB arasındakı səmərəli və uzunmüddətli əməkdaşlığın olduğunu diqqətə çatdıran Ş.Mustafayev bankın ölkəmizdə özəl sektorun inkişafına göstərdiyi dəstəyi xüsusi vurğulayıb. Qeyd olunub ki, sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması sahəsində Azərbaycanda geniş islahatlar həyata keçirilir və özəl sektora dəstəyin davam etdirilməsi prioritetdir. Ş.Mustafayev Cənub Qaz Dəhlizi layihəsini, bu yaxınlarda Ələtdə Azad Ticarət Zonasının yaradılması üçün Birləşmiş Ərəb Əmirlikləri şirkətinin məsləhətçi qismində prosesə cəlb edildiyini, ölkəmizin tranzit yükdaşımalarının artırılmasında maraqlı olduğunu, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində tədbirlərin davam etdirildiyini qeyd edib, AYİB-lə əməkdaşlığın inkişafı perspektivlərinə dair fikirlərini bölüşüb, infrastruktur layihələrinin reallaşdırılmasına və biznesin inkişafına AYİB-in dəstək göstərməsinin əhəmiyyətini vurğulayıb.

AYİB-in Cənubi Qafqaz, Moldova və Belarus üzrə direktoru B.Balvanera Azərbaycanda iqtisadi sahədə, o cümlədən sahibkarlığın inkişafı, gömrük, özəlləşdirmə və digər sahələrdə aparılan islahatlardan məmnunluğunu bildirib, Bankın bu addımları dəstəklədiyini diqqətə çatdırıb. AYİB ilə Azərbaycan arasında uğurlu əməkdaşlığın həyata keçirildiyini, ölkə iqtisadiyyatının müxtəlif sahələrində bir sıra layihələrin icrasına maliyyə dəstəyi göstərildiyini qeyd edən B.Balvanera həyata keçirilən layihələrə və əməkdaşlıq imkanlarına dair fikirlərini bildirib.

AYİB-in Azərbaycandakı daimi nümayəndəliyinin yeni rəhbəri İ.Duarte Azərbaycanda fəaliyyətə başlamasının ölkədə iqtisadi sahədə ciddi islahatların aparıldığı dövrə təsadüf etdiyini qeyd edib və AYİB-Azərbaycan əməkdaşlığının inkişafı istiqamətində işlərin davam etdiriləcəyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti