...

“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

İqtisadiyyat Materials 26 Sentyabr 2016 10:28 (UTC +04:00)
InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Bakı. Trend:

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

EUR

Avro/Dollar məzənnəsi bir neçə dəfə 1.11$-a kimi ucuzlaşsa da, ABŞ iqtisadiyyatı ilə bağlı mənfi xəbərlərin açıqlanması fonunda cütlük üzrə qiymətin 1.12$-a kimi bahalaşması müşahidə olunur. Lakin qiymətin texniki mənzərəsi ilə tanış olduqda məzənnənin cari həftə ərzində yenidən 1.11$ və 1.10$-a kimi ucuzlaşa biləcəyi proqnozlaşdırılır. Eyni zamanda, bu həftənin cümə günü Bakı vaxtı ilə saat 13:00-da Avropanın inflyasiya və işsizlik səviyyələri ilə bağlı məlumatlar açıqlanacaq.

GBP

Dünya maliyyə bazarlarında Böyük Britaniya funt sterlinqi qiymətinin keçən həftə ərzində 1.2914$-a kimi ucuzlaşmasından sonra yenidən 1.3135$ və 1.3272$-a kimi bahalaşa biləcəyi gözlənilir. Bu həftənin cümə günü GBP/USD cütlüyünün məzənnəsinə də təsir edə biləcək məlumatlar yayımlanacaq. Belə ki, Bakı vaxtı ilə saat 12:30-da Böyük Britaniyanın 2-ci rüb üzrə iqtisadi inkişaf səviyyəsinin yekun hesablanması açıqlanacaq.

TRY

USD/TRY valyuta cütlüyünün məzənnəsi keçən həftə ərzində 2.93 TL-ə kimi ucuzlaşıb. Lakin bazarlar üçün ən önəmli hadisə 2.91 TL-nin aşağı istiqamətdə qırılmasıdır, çünki ondan sonra qiymətin ucuzlaşması 2.81 TL-ə kimi sürətlənə bilər. Bu baş vermədiyi təqdirdə məzənnənin yenidən 3.00 TL və 3.03 TL-ə kimi dalğalanması ehtimal edilir.

OIL

Enerji bazarlarında Avropanın Brent markalı neftinin bir barel qiymətinin 47$ ətrafında korreksiyası davam etməkdədir. Qiymətin korreksiyası bitdikdən sonra yenidən 50$ və 53$-a kimi bahalaşa biləcəyi gözlənilir.

GOLD

Qızılın dünya əmtəə bazarlarında qiyməti isə son üç həftədir 1302$-ı (41.9$/qram) aşağı istiqamətdə qıra bilmir. InvestAZ analitikləri qızılın bir unsiya üzrə qiymətin 1302$-a kimi ucuzlaşdıqdan sonra əlavə olaraq 1280$-a (41.0$/qram) kimi ucuzlaşa biləcəyini proqnozlaşdırılar.

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti