...

“Zolotaya Korona” Expressbank-la daha sərfəlidir

İqtisadiyyat Materials 14 Oktyabr 2016 11:23 (UTC +04:00)
Müxtəlif təcili pul köçürmə sistemləri üzərindən sürətli və rahat xidmətləri ilə seçilən Expressbank 2013-cü ildən etibarən “Zolotaya Korona” pul köçürmələri sistemi üzrə xidmətlər təqdim edir.
“Zolotaya Korona” Expressbank-la daha sərfəlidir

Bakı. Trend:

Müxtəlif təcili pul köçürmə sistemləri üzərindən sürətli və rahat xidmətləri ilə seçilən Expressbank 2013-cü ildən etibarən “Zolotaya Korona” pul köçürmələri sistemi üzrə xidmətlər təqdim edir.

Bankdan Trend-ə verilən məlumata görə, dünyada 50.000-dən artıq xidmət nöqtəsi olan “Zolotaya Korona” bu gün Expressbank müştərilərinin ən sevimli pul köçürmə sistemlərindən biridir. 2016-cı il ərzində bu təcili pul köçürmələri üzrə bank-ın dövriyyəsinin 58% artması müştəri rəğbətinin bariz nümunəsidir.

Ümumiyyətlə, Expressbank-la təcili pul köçürmələri xidmətləri çox sərfəlidir. Belə ki, sərfəli tariflər, yüksək xidmət və əməliyyatların operativliyindən əlavə Expressbank-ın müştəriləri həm pul göndərərkən, həm pul alarkən Pul Kart vasitəsi ilə qazanırlar. Pul Kart müştərilərə pulsuz hədiyyə edilir və hər təcili pul köçürməsi zamanı məbləğdən asılı olaraq müştərinin kartına pul şəklində bonuslar hesablanır. Müştərilər nəinki bu vəsaiti ATM-lər vasitəsi ilə nağdlaşdırır, hətta öz vəsaitlərini də Pul karta yerləşdirə bilirlər.

Qeyd edək ki, Expressbank-ın filiallarında digər təcili pul köçürmə sistemləri ilə də pul göndərmək mümkündür. Bank həmçinin, Contact, Lider, IBA Express və Monex təcili pul köçürmələri sistemləri ilə beynəlxalq köçürmələr həyata keçirir.

Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS terminal və 500-dən artıq ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil olaraq əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti