Azərbaycanda fərdi uçot sistemində qeydiyyatda olan İran vətəndaşlarının sayı 3 dəfə artıb (FOTO)

Azərbaycanda fərdi uçot sistemində qeydiyyatda olan İran vətəndaşlarının sayı 3 dəfə artıb  (FOTO)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Azərbaycanda səfərdə olan İranın kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbiinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, görüşdə İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə də iştirak edib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanla İran arasında yüksək səviyyədə münasibətlərin mövcud olduğunu, hər iki ölkənin dövlət başçılarının siyasi iradəsinə uyğun olaraq bütün sahələrdə ikitərəfli əlaqələrin inkişaf etdiyini vurğulayıb:

“Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə 2017-ci il “İslam Həmrəyliyi İli” elan edilib. Bu da dünyada islam həmrəylinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımların atılmasına, o cümlədən islam ölkələri arasında əməkdaşlıq əlaqələrinin daha da güclənməsinə öz töhfəsini verəcək”.

S.Müslümov Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin nailiyyətlərindən bəhs edib, son illərdə dünyada təhlükəli proseslərin, kəskin böhranın mövcud olduğu şəraitdə də ölkəmizdə sabitlik və əmin-amanlığın davam etdiyini diqqətə çatdırıb:

“Neftin qiymətinin 3-4 dəfə aşağı düşməsinə baxmayaraq, Azərbaycanda uğurlu iqtisadi şaxələndirmə siyasətinə əsaslanan inkişaf kursu davam etdirilir. ÜDM-in 70 faizinin qeyri-neft sektoruna aid olduğu ölkədə təkcə ötən il bu sektor üzrə 5 faiz, kənd təsərrüfatında 2,6 faiz artıma nail olunub. Dünya İqtisadi Forumunun Qlobal Rəqabət Qabiliyyətliliyi İndeksinə görə 37-ci yerdə olan Azərbaycanda şəffaf və əlverişli biznes mühiti təkcə 2016-cı ildə ölkə iqtisadiyyatına 11 milyard 700 milyon dollar sərmayə qoyuluşuna imkan verib. Bütün bu amillər, eləcə də aqrar və inşaat sektorlarının inkişafına, sahibkarlığın davamlı dəstəklənməsinə, sənaye parklarının və zonalarının yaradılmasına yönələn proqramlar əmək resurslarının məşğulluq imkanlarının artmasını, əmək bazarında sabit vəziyyəti də şərtləndirir. Digər tərəfdən, orta aylıq əmək haqqı ildən-ilə artır və ötən il bu artım 7 faiz təşkil edib”.

Nazir ölkəmizdə insan kapitalının inkişafı, müsbət demoqrafik proseslər, habelə əhalinin, o cümlədən iqtisadi fəal əhalinin artımına uyğun olaraq hazırlanan yeni uzunmüddətli Məşğulluq Strategiyası barədə məlumat verib:

“Hazırda Azərbaycanın əmək bazarında digər ölkələrlə yanaşı İran vətəndaşları da əmək fəaliyyəti göstərir və ölkə vətəndaşları kimi, onların da əmək hüquqları dövlət tərəfindən qorunur. Eyni zamanda, gələcəkdə əmək pensiyası və digər sosial hüquqlara malik olmaları üçün onlar sosial sığorta sistemi ilə əhatə olunub və bu məqsədlə fərdi uçot sistemində qeydiyyata alınıblar. Son üç ildə həmin sistemdə qeydiyyatda olan İran vətəndaşlarının sayı təqribən 3 dəfəyə qədər artaraq 1054 nəfərə çatıb”.

Dövlət sosial müdafiə sistemi barədə də səfiri məlumatlandıran S.Müslümov möhtərəm dövlət başçısının sosialyönümlü siyasətinə uyğun olaraq, sosial cəhətdən həssas qrupların dövlət təminatının ildən-ilə gücləndirildiyini bildirib:

“Bu gün 1 milyon 312 min nəfərin əmək pensiyası, 506 min nəfərin müxtəlif növ müavinətlərlə, 162 min ailənin 707 min nəfər üzvünün ünvanlı sosial yardımla, 15 min nəfərin sosial xidmətlərlə təmin edildiyi ölkədə sosial təminat sistemi müvafiq əhali kateqoriyaları üçün əlçatanlığı və əhatəliliyi ilə seçilir. Dünya Bankının ekspert qrupu da araşdırmalar nəticəsində bu sistemin respublikada əhalinin yoxsul sayıla biləcək hissəsinin 90,1 faizini əhatə etdiyini və yoxsulluğun azaldılmasında mühüm rol oynadığını bildirib. Digər tərəfdən, inkluziv əmək bazarının inkişafı, aktiv məşğulluq proqramları, xüsusən özünüməşğulluq proqramı vasitəsilə aztəminatlı ailələrin gəlirlərinin artırılmasının və biznes imkanlarına yiyələnmələrinin stimullaşdırılması tədbirləri görülür”

Nazir Azərbaycanda əmək və sosial müdafiə sahələrində avtomatlaşdırılmış idarəetmə və xidmət sistemlərindən (əmək müqavilələrinin elektron qeydiyyatı, ünvanlı dövlət sosial yardımı, əlilliyin qiymətləndirilməsi və avtomatlaşdırılmış pensiya təyinatı sistemləri) bəhs edib:

“Əhaliyə şəffaf və müasir şəraitdə xidmətlər göstərməyə imkan verən bu sistemlər hazırda mötəbər beynəlxalq qurumlar tərəfindən də dünyada mütərəqqi təcrübələr kimi qəbul olunur və digər ölkələrdə də təbliği dəstəklənir. Qonşu və dost ölkə olan İranla əməkdaşlıq müstəvisində digər sahələrlə yanaşı, bu sahədə də təcrübə mübadilələrinə həmişə hazırıq”.

Ə.Rəbii Azərbaycan ilə İran arasında dost münasibətlərinin mövcud olduğunu və Azərbaycanda ümumi inkişaf proseslərindən həmişə məmnun olduqlarını qeyd edib. O, iki ölkənin əmək və sosial müdafiə sahələrində də əməkdaşlıq əlaqələrinin inkişafı üçün yaxşı imkanların olduğunu vurğulayıb. Ə.Rəbii xüsusən də müasir texnologiyaların tətbiqinin genişləndirilməsi, kimsəsiz şəxslərin sosial müdafiəsinin təmin edilməsi, sosial xidmət sisteminin təkmilləşdirilməsi, aktiv əmək bazarı proqramları, reabilitasiya və s. sahələrdə təcrübə mübadilələrinin aparılmasının önəmli olduğunu bildirib.

Görüşdə əmək və sosial müdafiə sahəsində əməkdaşlıq əlaqələrinin mövcud vəziyyəti və gələcək istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.

Rabitəbank şəhid ailəsinə dəstək olub (FOTO)
Rabitəbank şəhid ailəsinə dəstək olub (FOTO)
Xarici valyutaların manata qarşı məzənnələri
Xarici valyutaların manata qarşı məzənnələri
Ötən ay banklara 853 milyon dollardan çox valyuta satılıb
Ötən ay banklara 853 milyon dollardan çox valyuta satılıb
Loading Bars
Xəbər lenti
ATƏT-in Minsk Qrupu Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünü keçirməyə hazırdır
"Instagram"ın işində fasilələr yaranıb
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva "Yaşıl Marafon" çərçivəsində ağacəkmə aksiyasında iştirak edib (FOTO)
Putin və Bayden arasında keçiriləcək görüşün vaxtı məlum olub
Gürcüstanda zəlzələ baş verib
Şabranda quşçuluq sexində yanğın olub
Azərbaycan Ermənistandan azad edilmiş ərazilərin mina xəritələrini əldə edib
Azərbaycan və Türk diaspor təşkilatlarının əməkdaşlığı genişlənir (FOTO)
Gömrükçülər növbəti dəfə "Yaşıl Marafon" genişmiqyaslı ağacəkmə tədbirlərində iştirak ediblər (FOTO)
Yaşadıqları ünvanı tərk edən 2 koronavirus xəstəsi aşkarlanıb (FOTO)
Bakıda 550 küçə dezinfeksiya edilib (FOTO)
"Yaşıl Marafon" çərçivəsində genişmiqyaslı ağacəkmə tədbirləri davam edir (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Xəzər rayonunda növbəti ümumrayon iməcliyi keçirildi (FOTO)
Azərbaycanda 1 406 nəfər COVID-19-a yoluxub, 18 nəfər vəfat edib
Ombudsmanın İtaliyaya səfəri İtaliya mətbuatında geniş işıqlandırılıb
Londonda Azərbaycan icmasının üzvləri ilə görüş keçirilib (FOTO)
Avropa ölkələri Əfqanıstanda ümumi diplomatik missiya aça bilər
İranda ötən sutka daha 58 nəfər koronavirusdan ölüb
Bitkoin 20 faizə yaxın ucuzlaşıb
Güləş Federasiyasının ofisindən içərisində 63 min manat olan dəmir seyf oğurlanıb (FOTO/VİDEO)
Prezident İlham Əliyev Tailand və Finlandiyanın dövlət başçılarını təbrik edib
“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Müşahidə Şurasının yeni tərkibi təsdiqləndi
Xaçmazın icra başçısı Elnur Rzayev problemlərlə yerində tanış olub (FOTO)
Komando hərbi hissəsində taktiki təlim keçirilib (FOTO/VİDEO)
“Yevlax Pilot Aqropark”ın açılışı olub (FOTO)
Stokholmda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün baş tutmamasının səbəbi açıqlanıb
Dövlət Komitəsinin sədri Londonda Lordlar Palatasının üzvləri ilə görüşüb
Əlillərin cəmiyyətə inteqrasiyasının qarşısını alan maneələr aradan qaldırılmalıdır - Ombudsman Aparatı (FOTO)
Mingəçevir Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib (FOTO)
40-a yaxın əlil kurort və müalicə mərkəzlərinə göndərilib
Qəbiristanlıqlardan oğurluq edənlər saxlanılıblar (FOTO)
Rusiyada koronavirusdan ölənlərin sayı 280 mini keçib
Sosial reabilitasiya layihəsinə 6200 uşaq cəlb edilib (FOTO)
Gəncədə mağazadan oğurluq edən şəxs saxlanılıb (FOTO/VİDEO)
Bakıda kafe və aptekdən oğurluq edilib
İran da Zəngəzur dəhlizinin imkanlarından faydalana biləcək - İranın sabiq səfiri
2021-ci ilin son Günəş tutulması başlayıb (VİDEO)
Təbii qaz "omikron" ştammına görə ucuzlaşa bilər
Bazar günü hava yağmursuz keçəcək, 15 dərəcəyədək isti olacaq
Salyanda işlədiyi mağazadan 63 min manat pul oğurlayan şəxs saxlanılıb
Goranboyda evdən çıxan koronavirus xəstəsi məsuliyyətə cəlb edilib
Zərdabda toy sahibi cərimələnib
Zəngilanın Ağalı kənd sakinləri üçün kiçik təsərrüfatlar yaradılacaq (FOTO)
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ÜST ilə əməkdaşlıq memorandumu imzalayır (VİDEO)
Qazilər hansı halda müalicə üçün xaricə göndərilir?
Qusarda ev yanıb, bir nəfər ölüb
Dostumun atasını FHN hospitalına yerləşdirmək üçün 3 min manat istədilər - Məhkəmə
Qadın sərnişinlərə əxlaqsız təklif edən taksi sürücüləri ilə bağlı araşdırmalara başlanıldı
Azərbaycan nefti bahalaşıb
Həbsxanadan çıxandan 15 dəqiqə sonra avtomobil qaçırtdı (FOTO/VİDEO)
XİN-də işə qəbulla bağlı imtahanda iştirak üçün tarif müəyyənləşib
Mərkəzi Gömrük Hospitalının ümumi cərrahı XVIII Türk Kolon və Rektal Cərrahiyyə Konqresində iştirak edir (FOTO)
Ötən gün 105 nəfər COVID pasportu olmadığına görə toya buraxılmayıb
Lənkəranda koronavirus xəstəsi çayxanada aşkarlanıb
Hacıqabulda evdən oğurluq edən şəxs saxlanılıb (FOTO)
Ordunun Təlim və Tədris Mərkəzində seminar keçirilib (FOTO)
bp-nin azad olunmuş ərazilərdə tikəcəyi elektrik stansiyasının investisiya dəyəri açıqlanıb
"Omikron" ştammı ABŞ-ın 10 ştatında aşkar edilib
Helikopter qəzasında yaralanan hərbçilərin vəziyyəti açıqlanıb
Suraxanıda üçmərtəbəli evdə yanğın olub
Bakıda mənzildə naməlum meyit tapılıb
Oğuzda "Kia" yanıb
Binəqədidə yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib
Zaqatalada qapalı məkanlarda və ictimai nəqliyyatda reyd keçirilib, 30-a yaxın şəxs cərimələnib (FOTO/VİDEO)
Türkiyənin ixrac etdiyi məhsullarda "Made in Turkey" ifadəsi istifadə olunmayacaq
Fransa koronavirusun yayılmasında mübarizə üçün sərhəd nəzarətini gücləndirir
Türkiyə istehsalı olan hərbi texnikanın ixrac edildiyi bazarlar sırasında Azərbaycan ilk üçlükdədir
"Twitter" şirkəti yenidən təşkil olunacaq
İqlim dəyişikliyi ilə mübarizə üçün 10 trilyon dollara qədər vəsait tələb olunacaq - Kristalina Georgiyeva
Fransa və Qətər Əfqanıstana 40 tona yaxın humanitar yardım çatdırıb
BVF rəhbəri "omikron" ştammının dünya iqtisadiyyatının bərpası tempinə təsirini qiymətləndirib
İsveçrə və Belçika koronavirusla bağlı məhdudiyyətləri sərtləşdirəcək
Rusiya Azərbaycanın 12 müəssisəsindən pomidor və alma idxalına icazə verəcək
BMT-nin Baş katibi "omikron" ştammına görə ölkəyə giriş məhdudiyyətlərini səmərəsiz adlandırıb
"Honda" şirkəti 790 minə yaxın avtomobili geri çağırır
ABŞ dövlət katibi Bayden ilə Putinin "ən yaxın gələcəkdə" danışacağını açıqlayıb
Ən məhsuldar smartfonun adı məlum olub
Koronavirusun "omikron" ştammı 38 ölkədə aşkar edilib - ÜST
Türkiyə prezidenti Soçidə keçirilən üçtərəfli görüşün əsas nəticələri barədə məlumatlandırılıb
Mingəçevir Dövlət Universitetində təhsil tələbə krediti ilə bağlı infosessiyalar keçirilib (FOTO)
AQTA daha 5 müəssisədə pozuntular aşkarlayıb
Bakıda çoxmərtəbəli binada yanğın olub, ölən var
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
“Hamı üçün layiqli iş - heç kim kənarda qalmasın” mövzusunda konfrans keçirilib (FOTO)
Azərbaycan Dillər Universitetində “Bir günlük xəlifə”lər seçilib (FOTO)
MDU-da “Tələbə Mediası” layihəsinin iştirakçıları ilə görüş olub
UNEC İqtisadi Forumunun sonuncu paneli: Qarabağa böyük qayıdış: Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya (FOTO)
Ombudsman nümayəndəsi Beynəlxalq Əlilliyi Olan Şəxslər Günü münasibətilə keçirilən tədbirdə iştirak edib
“BakuBus” MMC-nin Müşahidə Şurasının növbəti iclası keçirilib
Şamaxıda “İşğaldan azad olunmuş ərazilərin innovativ iqtisadi inkişaf imkanları” mövzusunda konfrans keçiriləcək
Ərdoğan və Putin Azərbaycan-Ermənistan münasibətlərini müzakirə ediblər
Tikinti-Təchizat Birliyi MMC-nin saxlanılması xərcləri müəyyənləşib
Dayanıqlı maliyyəni təmin etmək üçün alternativ maliyyə mənbələri vacibdir - Orxan Məmmədov
Xəzər dənizində insan qalıqları aşkarlanaraq sudan çıxarılıb - SOCAR
Heydər Əliyev Fondu ilə UNICEF arasında növbəti Anlaşma Memorandumu imzalanıb (FOTO)
Ombudsman İtaliyada bir sıra rəsmi görüşlər keçirib (FOTO)
Bakıda şantaj yolu ilə qızı intihara vadar edən oğlan həbs edildi
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 703 nəfər COVID-19-a yoluxub, 24 nəfər ölüb
Bütün xəbərlər