...

Fevral ayının ilk hərracı keçirilib (FOTO)

İqtisadiyyat Materials 7 Fevral 2017 12:45 (UTC +04:00)

Bakı. Trend:

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu gün fevral ayının ilk hərracı keçirilib.

Komitədən Trend-ə verilən məlumata görə, keçirilən hərracda özəlləşdirilən kiçik dövlət müəssisələrində 3-ü paytaxtın Xətai, Xəzər və Qaradağ rayonlarında yerləşir. Hərrac zamanı ən yüksək qiymətə özəlləşdirilən əmlak Xətai rayonunda yerləşən “Araz kafe”si olub. Adıçəkilən əmlak 120 min manata özəlləşdirilib. Regionlarda özəlləşdirilən əmlaklar Şəki şəhəri və Daşkəsən rayonunda yerləşən kiçik dövlət müəssisə və obyektləridir.

Hərracın sonunda hərrac iştirakçıları və müşahidəçiləri arasında vətəndaş məmnunluğu sorğusu keçirilib. Sorğu zamanı iştirakçıların hərraclardan razılığı, hərrac proseduru, hərracın gedişatı, hərrac barədə ictimai məlumatlandırma ilə bağlı fikir və rəyləri öyrənilib. Sorğu nəticəsinə əsasən, vətəndaşlar bildiriblər ki, hərracda iştirak üçün müraciət proseduru sadədir. Hərrac barədə məlumatı həm komitənin özəlləşdirmə portalı və saytından, həm də KİV-dən tez və rahat əldə edə bilirlər. Hərrac prosesi şəffaf keçir, həmçinin əmlaka sifariş verməsələr də belə, yalnız müşahidə məqsədilə rahat iştirak edə bilirlər. Hərracların görüntüləri ilə komitənin rəsmi youtube kanalında (https://goo.gl/OpYdB1) daha yaxından tanış olmaq olar.

Növbəti hərrac fevralın 14-də keçiriləcək. Hərraca çıxarılacaq əmlaklar haqqında ətraflı məlumat almaq üçün aşağıdakı linkdən istifadə etmək kifayətdir: http://www.privatization.az/index.php/az/component/content/article?layout=edit&id=1231. Hər həftə keçirilən belə hərraclara paytaxt Bakı ilə yanaşı, regionlarda olan kiçik dövlət müəssisələri, səhmdar cəmiyyətləri, nəqliyyat vasitələri, dövlət nəfinə müsadirə edilmiş əmlaklar çıxarılır. Özəlləşməyə çıxarılan müəssisələr sənaye, nəqliyyat, tikinti, inşaat kimi müxtəlif sahələrə aiddir.

Qeyd edək ki, istənilən hüquqi və fiziki şəxs hərraclarda iştirak edib əmlak sahibi ola bilər. Bunun üçün özəlləşdirmə portalına ( privatization.az) daxil olaraq hərracları izləmək və hərraclarda iştirak edəcək əmlaklara sifariş vermək kifayətdir. Portalda hərraca çıxarılan səhmdar cəmiyyətlərinin nizamnamə kapitalı, hüquqi ünvanı, 1 səhmin nominal dəyəri, ilkin satış qiymətinin 10% həcmində hesablanmış behin məbləği barədə ətraflı məlumatlar yerləşdirilir. Hərracda iştirak edən lakin qalib olmayan şəxs 10 gün ərzində komitəyə müraciət edərək behi geri ala bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti