Bakı. Trend:
Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının qərarına əsasən “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-yə sığorta agenti fəaliyyətinə lisenziya verilib.
Palatadan Trend-ə verilən məlumata görə, qurumun Direktorlar Şurasının iclasında sözügedən lisenziyanın verilməsi ilə bağlı “ABB”-nin müraciətinə baxılmış və müsbət qərar qəbul edilib.
Sözügedən lisenziya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 86.1-ci maddəsinə və Palatanın Nizamnaməsinin 5.3.20-ci bəndinə əsasən verilib.