...

AZPROMO-nun İtaliya nümayəndəliyi yaradılıb

İqtisadiyyat Materials 23 Fevral 2017 09:54 (UTC +04:00)
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) İtaliya nümayəndəliyi yaradılıb.
AZPROMO-nun İtaliya nümayəndəliyi yaradılıb

Bakı. Trend:

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) İtaliya nümayəndəliyi yaradılıb.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, nümayəndəlik iş adamları arasında əlaqələrin, Azərbaycan məhsullarının İtaliya bazarına ixracının genişləndirilməsinə, İtaliyanın aparıcı investisiya fondlarının Azərbaycan iqtisadiyyatına cəlb olunmasına dəstək göstərəcək.

Qeyd edək ki, AZPROMO Azərbaycanın biznes və investisiya mühitinin təbliği, yerli və xarici iş adamları arasında işgüzar əlaqələrin genişləndirilməsi məqsədilə 2003-cü ildə yaradılıb. AZPROMO Azərbaycanın ixrac imkanlarının genişləndirilməsində, rəqabətqabiliyyətli məhsullarımızın xarici bazarlarda tanıdılmasında və qeyri-neft sektoruna investisiyaların cəlb edilməsində də əhəmiyyətli rol oynayır.

Mətbuat Xidməti

Məqalədə:
Xəbər lenti

Xəbər lenti