Bakı. Ənvər Məmmədov - Trend:
Azərbaycan, Gürcüstan və Türkiyə arasında üçtərəfli formatda növbəti biznes-forum Naxçıvanda keçirilə bilər.
Trend-in məlumatına görə, bunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev mətbuat konfransında deyib.
Nazirin sözlərinə görə, İran da bu formata qoşula bilər ki, nəticədə görüş dördtərəfli formatda keçirilə bilər.