...

Azərbaycan Sənaye Sığorta şirkəti Vergilər Nazirliyi tərəfindən yüksək statusa layiq görülüb

İqtisadiyyat Materials 1 Mart 2017 18:20 (UTC +04:00)
Peşəkar xidməti ilə müştərilər tərəfindən yüksək qiymətləndirilən Azərbaycan Sənaye Sığorta şirkəti növbəti uğura imza atıb.
Azərbaycan Sənaye Sığorta şirkəti Vergilər Nazirliyi tərəfindən yüksək statusa layiq görülüb

Bakı. Trend:

Peşəkar xidməti ilə müştərilər tərəfindən yüksək qiymətləndirilən Azərbaycan Sənaye Sığorta şirkəti növbəti uğura imza atıb.

1996-cı ildən fəaliyyət göstərən şirkət Vergilər Nazirliyi tərəfindən “Partnyor vergi ödəyicisi statusu”na layiq görülüb. Azərbaycan Sənaye Sığorta şirkəti bu statusu Vergilər Nazirliyinin əmri ilə mühasibət və vergi sahəsindəki şəffaf fəaliyyəti nəticəsində əldə edib. Qeyd edək ki, 2012–ci ildən etibarən İcbari Sığorta Bürosunun üzvlüyünə qəbul edilən və icbari sığorta növləri üzrə fəaliyyət göstərməsinə icazə verilən “Azərbaycan Sənaye Sığorta” Açıq Səhmdar Cəmiyyəti 29 könüllü, 4 icbari olmaqla, cəmi 33 növ üzrə sığorta xidməti göstərir.

“Azərbaycan Sənaye Sığorta” ölkədə fəaliyyət göstərn fermerləri də yaxından dəstəkləyir. Belə ki, “Azərbaycan Sənaye Sığorta”ASC 2017-ci ilin fevral ayında Kənd təsərrüfatı bitkilərinin sığortası üzrə son üç ilin ən böyük sığorta ödənişini həyata keçirib. Belə ki, Ağcabədi, Bərdə, Beyləqan, Füzuli, İmişli, Samux, Tovuz, Tərtər rayonlarında şəkər çuğunduru əkin sahələrinə dolu nəticəsində ciddi ziyan dəyib. 62 fermerin əkdiyi şəkər çuğundurunun 481 hektarlıq sahəsinə dəymiş zərər üçün ümümilikdə 205 392 manat sığorta ödənişi verilib.

Artıq beş ildir ki, şirkət Kənd təsərrüfatı bitkilərinin sığortası ilə məşğuldur. 2017-ci ildə də Kənd təsərrüfatı bitkilərinin sığortasında ciddi nəticələrə, irəliləyişlərə nail olmaq şirkətin əsas hədəflərindəndir.

Xəbər lenti

Xəbər lenti