Bakı. Trend:
"EY" şirkətinin Bakıdakı ofisi səmərəli vergi mühitinin təmin edilməsi haqqında niyyət razılaşması imzalayıb.
Bu barədə Trend-ə şirkətdən məlumat verilib.
"EY" Azərbaycan şirkəti martın 10-da Azərbaycan Amerika Ticarət Palatası (“AmCham”) və Vergilər Nazirliyinin təşkilatçılığı ilə “Şəffaflığa doğru birlikdə” mövzusunda keçirilən vergi konfransında iştirak edib. Konfrans Azərbaycanın aparıcı dövlət təşkilatlarını və QHT-ləri bir araya gətirib. Konfransda vergi xidmətinin islahatlarda rolu, eləcə də vergi idarəetməsinin təkmilləşdirilməsinə dair təqdimatlar dinlənib. Tədbiri giriş sözü ilə açan Azərbaycanda Amerika Ticarət Palatasının icraçı direktoru Natəvan Məmmədova qonaqları və komitə üzvlərini salamlayıb.
Tədbirdə çıxış edən "EY" Azərbaycan şirkətinin Vergi və Hüquq departamentinin baş meneceri Zaur Qurbanov əsas diqqəti nağd hesablaşlamarın məhdudlaşdırılması və nağdsız hesablaşlamarın təşviqi ilə bağlı beynəlxalq praktikada həyata keçirilən tədbirlərə və atılan addımlara çəkib: “Ödənişlərin təhlükəsizliyi və sürətli olması ilə yanaşı, XX əsrin ortalarından etibarən nağdsız hesablaşmalar kölgə iqtisadiyyatı ilə mübarizədə və vergi inzibatçılığının təkmilləşdirilməsində də tətbiq edilir. Lakin bunun üçün kölgə iqtisadiyyatının passiv iştirakçılarını, yəni vergi ödəməkdən yayınamaya kömək etmək məqsədi olmayan şəxsləri nağdız hesablaşmalara həvəzləndirmək vacibdir ki, bu məqsədlə də müxtəlif stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi, o cümlədən vergi güzəştləri və ya kreditlərinin müəyyən edilməsi vacidbir”.
Konfransın sonunda "EY" Azərbaycan şirkətinin iştirakı ilə Böyük Dördlük (Big Four) audit şirkətləri, Vergilər Nazirliyi və Auditorlar Palatası arasında səmərəli vergi mühitinin təmin edilməsi haqqında niyyət razılaşması imzalanıb.
AmCham haqqında
AmCham Azərbaycan iqtisadiyyatının hər bir sahəsində fəal olan 250-dən çox üzv və tərəfdaşdan ibarətdir. Palata Azərbaycanda bütün xarici investisiyaların 80%-ni, eləcə də yerli investisiyaların əhəmiyyətli hissəsini təmsil edir. Sənaye sektoruna aid olan komitələr vasitəsilə Palatanın üzvləri məlumatla bölüşür, ümumi maraq doğuran məsələləri qaldırır və mümkün həll yollarını təklif edir. AmCham üzvləri olan şirkətlər və təşkilatlar Azərbaycanda və ABŞ-da biznes məlumatları və əlaqələrinin geniş şəbəkəsinə qoşulmaq imkanından faydalanır.
"EY" haqqında
"EY" audit, vergi, əməliyyatların müşayiət edilməsi və məsləhət xidmətləri üzrə qlobal liderdir. Dərin biliklər və göstərdiyimiz keyfiyyətli xidmətlər bizə bütün dünyada kapital bazarlarının və iqtisadiyyatların etibarını qazanmağa kömək edir. Biz bütün maraqlı tərəflərə verdiyimiz vədləri təmin edən komanda toplamaq üçün görkəmli liderlər yetişdiririk. Bunu etməklə, biz insanlarımız, müştərilərimiz və cəmiyyətlərimiz üçün daha yaxşı iş dünyasının qurulmasında mühüm rol oynayırıq.
"EY" bütün MDB-də fəaliyyət göstərən şirkətlərlə əməkdaşlıq edir və biznes məqsədlərinə çatmaqda onlara kömək edir. MDB-də (Moskva, Sankt-Peterburq, Novosibirsk, Kazan, Krasnodar, Rostov-na-Donu, Tolyatti, Vladivostok, Almatı, Astana, Bişkək, Bakı, Kiyev, Daşkənd, Tbilisi, Minsk və digər yerlərdə) yerləşən 20 ofisdə 4,500 peşəkar çalışır.
"EY" qlobal təşkilatdır və "EY" dedikdə, Ernst & Young Global Limited qlobal şirkətlər qrupunun bir və ya bir neçə üzvü nəzərdə tutulur. Hər bir üzv ayrıca hüquqi şəxsdir. "EY" Global Limited, məsuliyyətli üzvlərinin zəmanətləri ilə məhdudlaşan Böyük Britaniya şirkəti olaraq, müştərilərə xidmətlər göstərmir. Daha ətraflı məlumat almaq üçün buraya müraciət edə bilərsiniz: www.ey.com
"EY" in Azerbaijan
"EY" 22 il bundan əvvəl Bakıda ofis açmaqla Azərbaycana və regiona öz dəyərli töhfəsini vermişdir. Bu gün biz, Azərbaycanda fəaliyyət göstərən aparıcı firma olmaqla yanaşı, bütün bölgədə də liderik. Geniş bilik və təcrübəmiz sayəsində biz həm yerli, həm beynəlxalq şirkətlərə, həm də dövlət müəssisələrinə beynəlxalq iqtisadi məsələlərlə bağlı çətinlikləri dəf etməyə kömək edirik.
Hal-hazırda Bakı ofisimizdə Azərbaycan Respublikasındakı müştərilərimizə xidmət göstərən 170-dan çox işçi çalışır. "EY"in Xəzər regionundakı güclü mövqeyi və firmanın öz resurslarından tam şəkildə istifadə etməsi regionda fəaliyyət göstərən müəssisələr üçün böyük əhəmiyyət kəsb edir. Bu, firma inkişaf etdikcə, "EY"-in yerli mütəxəssisləri cəlb etmək və onları təcrübəmizdə aparıcı mövqe tutmaq üçün təlimləndirmək ənənəsinə sadiq qalacağı deməkdir.