...

Dövlət əmlakının icarəyə verilməsi ilə bağlı müsabiqələrə yekun vurulub

İqtisadiyyat Materials 31 Mart 2017 13:19 (UTC +04:00)
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən “Daşınmaz dövlət əmlakı obyektlərinin müsabiqə əsasında icarəyə verilməsi Qaydaları”na müvafiq olaraq elan edilmiş bir neçə investisiya müsabiqəsinə yekun vurulub və qaliblər müəyyən edilib.
Dövlət əmlakının icarəyə verilməsi ilə bağlı müsabiqələrə yekun vurulub

Bakı. Trend:

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən “Daşınmaz dövlət əmlakı obyektlərinin müsabiqə əsasında icarəyə verilməsi Qaydaları”na müvafiq olaraq elan edilmiş bir neçə investisiya müsabiqəsinə yekun vurulub və qaliblər müəyyən edilib.

Komitədən Trend-ə verilən məlumata görə, komitə tərəfindən Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 25 ünvanında yerləşən 34,9 kv.m., Salyan şəhəri, Heydər Əliyev küçəsi 98 ünvanında yerləşən 60,4 kv.m. və Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən, 75,8 kv.m. qeyri-yaşayış sahələrinin icarəyə verilməsi üzrə müsabiqə elan edib.

Sifarişçilər qarşısında icarəyə verilən obyektin məxsus olduğu müəssisənin spesifik fəaliyyət profilinə uyğun olaraq təyinatı üzrə istifadə edilməsini təmin etmək, icarəyə verilən obyektin ərazisində yerləşdiyi müəssisənin fəaliyyətinə maneçilik yaradılmaması, birgə istifadə olunan kommunikasiya xətlərinə xələl gətirilməməsi, kommunikasiya xətlərindən birgə istifadə edilməsi, icarəyə verilən obyektin xarici görünüşünün və memarlıq elementlərinin qorunub saxlanılması və dövlət büdcəsinə ödəniləcək icarə haqqına dair təklifin verilməsi kimi şərtlər qoyulub. Müsabiqədə iştirak etmək üçün sifarişçilər tərəfindən beh köçürülüb, eləcə də ərizə və müsabiqə təklifləri təqdim edilib. Müsabiqəyə çıxarılmış obyektlərin balanssaxlayıcısının və yerləşdiyi ərazi üzrə yerli icra hakimiyyəti orqanının nümayəndələrinin də daxil olduğu Müsabiqə Komissiyalarının qərarına əsasən müraciət etmiş sifarişçilər iştirakçı statusunu əldə ediblər. Keçirilən hər bir müsabiqə üzrə yaradılımış Komissiya müsabiqə iştirakçılarının təqdim etdikləri təkliflərinə baxdıqdan sonra açıq səsvermə yolu ilə qərar qəbul edib. Müsabiqəyə yekun vurularkən müəyyən edilmiş şərtlər daxilində maksimum həcmdə icarə haqqı təklif etmiş sifarişçiyə üstünlük verilib.

Səsvermənin nəticələrinə uyğun olaraq, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 25 ünvanında yerləşən sahənin icarəyə verilməsi üzrə keçirilmiş müsabiqədə aylıq icarə haqqını 200 manat məbləğində köçürülməsinin təmin edilməsini öhdəsinə götürmüş fiziki şəxs qalib elan olunub. Müsabiqənin digər qalibi Salyan şəhəri, Heydər Əliyev küçəsi 98 ünvanında yerləşən sahənin icarəyə verilməsi üzrə keçirilmiş müsabiqədə aylıq icarə haqqını 70 manat məbləğində köçürülməsinin təmin edilməsini öhdəsinə götürüb. Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən sahənin icarəyə verilməsi üzrə keçirilmiş müsabiqədə aylıq icarə haqqını 50 manat məbləğində köçürülməsinin təmin edilməsini öhdəsinə götürmüş digər vətəndaş müsabiqənin qalibi elan edilib.

Müsabiqənin şərtlərinə müvafiq olaraq, qaliblər icarəyə götürəcəyi qeyri yaşayış sahəsinin qanunvericiliklə müəyyən edilmiş aylıq icarə haqqının dövlət büdcəsinə köçürülməsinin, habelə bağlanılacaq icarə müqaviləsinin şərtlərinin yerinə yetirilməsinin, balanssaxlayıcının hesabına köçürüləcək kommunal xərclərinin və digər ödəmələrin vaxtlı-vaxtında köçürülməsinin təmin edilməsini öhdəsinə götürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti