...

Bir neçə publik hüquqi şəxs təsis edilib

İqtisadiyyat Materials 19 Aprel 2017 11:53 (UTC +04:00)
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sədrinin qərarı ilə “Azərbaycan Standartlaşdırma İnstitutu”, “Azərbaycan Metrologiya İnstitutu”, “Azərbaycan Akkreditasiya Mərkəzi”, “Patent və Əmtəə Nişanları Mərkəzi” publik hüquqi şəxsləri təsis edilib və Nizamnamələri təsdiq edilib.
Bir neçə publik hüquqi şəxs təsis edilib

Bakı. Trend:

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sədrinin qərarı ilə “Azərbaycan Standartlaşdırma İnstitutu”, “Azərbaycan Metrologiya İnstitutu”, “Azərbaycan Akkreditasiya Mərkəzi”, “Patent və Əmtəə Nişanları Mərkəzi” publik hüquqi şəxsləri təsis edilib və Nizamnamələri təsdiq edilib.

Komitədən Trend-ə verilən məlumata görə, təsis edilmiş publik hüquqi şəxslərin Nizamnamələri 17 aprel 2017-ci il tarixində Azərbaycan Respublikasının Vergilər Nazirliyində qeydiyyata alınıb.

Həmçinin, Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti, Dövlət Akkreditasiya Xidməti, Dövlət Metrologiya Xidməti, komitənin tabeliyində olan Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu və “Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzinin” (AzPatent) ləğv edilməsi məqsədilə Ləğvetmə Komissiyaları yaradılıb. Ləğvetmə Komissiyalarına ləğvetmə prosesini qanunvericiliyin tələblərinə uyğun həyata keçirərək iki ay müddətində başa çatdırılması tapşırılıb.

“Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli 1234 nömrəli Fərmanına əsasən “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsi və “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxsi milli standartlaşdırma qurumu və milli akkreditasiya qurumu kimi beynəlxalq təşkilatlara üzvlük və akkreditasiya nəticələrinin qarşılıqlı tanınması üçün beynəlxalq müqavilələr bağlanmasının təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi birlikdə müvafiq işlərə başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti