...

MDB Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının Bakıdakı iclası yekunlaşıb (PHOTO)

İqtisadiyyat Materials 2 İyun 2017 19:43 (UTC +04:00)
Şuraya sədrlik Azərbaycandan Özbəkistana ötürülüb.
MDB Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının Bakıdakı iclası yekunlaşıb (PHOTO)

Bakı. Trend:

İyunun 1-də MDB-nin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının rəhbər şəxslərinin Bakıdakı iclası yekunlaşıb.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, iclasda yekun protokol imzalanıb.

Protokola əsasən şuraya sədrlik səsvermə ilə Azərbaycandan Özbəkistana ötürülüb. Özbəkistanın Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma Agentliyinin baş direktoru Aktam Xaitov Dövlətlərarası Şuranın sədri seçilib.

Son iki ildə şuraya sədrliyi Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov həyata keçirib.

İclasdan sonra Azərbaycan Akkreditasiya Mərkəzi ilə Qazaxıstanın Milli Akkreditasiya Mərkəzi, Moldovanın Akkreditasiya üzrə Milli Mərkəzi və Belarusun Akkreditasiya Dövlət Mərkəzi arasında akkreditasiya sahəsində qarşılıqlı əməkdaşlıqla bağlı ikitərəfli Anlaşma Memorandumları imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti