...

AMB valyuta və depozit hərraclarını "Bloomberg" platforması vasitəsilə keçirir

İqtisadiyyat Materials 6 İyul 2017 12:51 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta və depozit hərraclarını "Bloomberg" hərrac platforması vasitəsilə həyata keçirir.
AMB valyuta və depozit hərraclarını "Bloomberg" platforması vasitəsilə keçirir

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta və depozit hərraclarını "Bloomberg" hərrac platforması vasitəsilə həyata keçirir.

Bankdan Trend-ə verilən məlumata görə, özünün çevik hərrac üsulları ilə valyuta və depozit hərraclarının təşkil edilməsi sahəsində qabaqcıl texnologiyalarını təqdim edən "Bloomberg" hərrac platforması hazırda AMB tərəfindən həmin pul siyasəti əməliyyatları üzrə vahid platforma rolunu oynayır.

Maliyyə nazirliklərinə və mərkəzi banklara maliyyə bazarlarında əməliyyatların həyata keçirilməsi şəraitini yaradan bu platformanın texniki imkanları son zamanlar daha da genişləndirilib. "Bloomberg" hərrac platforması əvvəllər yalnız qiymətli kağızlarla alqı-satqı və repo əməliyyatların aparılmasını dəstəkləyirdisə, AMB-nin təşəbbüsü ilə platformaya valyuta ("spot" və "forvard") və depozit hərraclarının təşkil edilməsi imkanı da əlavə edilərək təkmilləşdirilib.

Qeyd edək ki, "Bloomberg" çoxtərəfli (multi-asset) hərrac platforması bazar iştirakçılarına Mərkəzi Bankın hərraclarını izləmək və hərraclarda iştirak etmək imkanını yaradır. Bu, bazar iştirakçıları üçün depozit, valyuta, repo və notların yerləşdirilməsi üzrə hərracların təşkil edilməsinə imkan verən geniş funksionallıqlar dəstinin tərkib hissəsidir. Hərrac məlumatları avtomatik şəkildə "Bloomberg" FX Elektron Treydinq Platformasına (FXGO) ötürülür. Blumberq Peşəkar Xidmətləri (Bloomberg Professional Services) abunəçiləri üçün əlçatan olan bu sistem "Bloomberg" statistik məlumat, xəbərlər, analitika və kommunikasiya funkionallıqlarına tam inteqrasiya olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti