...

“Bizim Tarla” Beynəlxalq Mürəbbə Festivalında diplomla təltif edilib (FOTO)

İqtisadiyyat Materials 28 Avqust 2017 17:48 (UTC +04:00)
“Bizim Tarla” stendi qonaqlar trərəfindən böyük maraqla qarşılanıb.
“Bizim Tarla” Beynəlxalq Mürəbbə Festivalında diplomla təltif edilib (FOTO)

Bakı. Trend:

Qəbələ rayon İcra Hakimiyyətinin, Mədəniyyət və Turizm Nazirliyinin Milli Kulinariya Mərkəzinin, Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkilatçılığı ilə Qəbələdə V Beynəlxalq Mürəbbə Festivalı keçirilib. Ümumdünya Kulinariya Təşkilatının (WACS) prezidenti Tomas Gugler, Ümumdünya İslam Kulinariya Təşkilatının (WICS) prezidenti Gökhan Tufan və baş katibi Ali Trobolisinin də qatıldığı festivalda dünyanın 22 ölkəsindən, ölkəmizin 44 rayon və şəhərindən iştirakçılar qatılıb.

“Azərsun Holdinq”dən Trend-ə verilən məlumata görə, “Bizim Tarla” stendi də qonaqlar trərəfindən böyük maraqla qarşılanıb. “Azərsun Holdinq”in nəzdində fəaliyyət göstərən müəssisələrdə istehsal olunan bu məhsullar yerli meyvələrdən hazırlanır və yüksək keyfiyyəti ilə fərqlənir.

“Bizim Tarla” konserv məhsullarınmı almaqla xanımlar əlavə əziyyət çəkib qış üçün tədarük görməyə bilərlər. Evdə hazırlanmış kimi olan “Bizim Tarla” məhsulları yerli istehlakçılarla bərabər, xarici bazarlarda da rəğbətlə qarşılanır.

Qeyd edək ki, hər zaman qatıldığı festivallarda yüksək qiymətləndirilən “Bizim Tarla” bu dəfə də münsiflər heyəti tərəfindən dəyərləndirilərək, diplomla təltif edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti