...

“Bir Pəncərə” İxraca Dəstək Mərkəzindən Qətərə kənd təsərrüfatı məhsulları ixrac olunub (FOTO)

İqtisadiyyat Materials 29 Avqust 2017 16:54 (UTC +04:00)
Bu məhsulların sırasına kartof, soğan, çuğundur, yerkökü, gül kələmi, kələm, xiyar, badımcan, sarımsaq, limon və pomidor daxildir.
“Bir Pəncərə” İxraca Dəstək Mərkəzindən Qətərə kənd təsərrüfatı məhsulları ixrac olunub (FOTO)

Bakı. Trend:

“Ərzaq Məhsullarının Tədarükü və Təhcizatı” Açıq Səhmdar Cəmiyyəti (ASC) “ Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə Qətər Əmirliyinə kənd təsərrüfatı məhsullarının ixracı ilə bağlı mənşə sertifikatı alıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu məhsulların sırasına kartof, soğan, çuğundur, yerkökü, gül kələmi, kələm, xiyar, badımcan, sarımsaq, limon və pomidor daxildir.

“Ərzaq Məhsulları Tədarükü və Təchizatı” ASC-nin təmsilçisi Nicat Rəhimli bildirib ki, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində ixrac prosedurları ilə bağlı sənədlərin toplanması operativ və səmərəli şəkildə mümkün olur. O əlavə edib ki, “Ərzaq Məhsullarının Tədarükü və Təhcizatı” Açıq Səhmdar Cəmiyyəti (ASC) bundan sonra da ixrac prosedurlarını “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirməyi planlaşdırır.

Qeyd edək ki, “Ərzaq Məhsullarının Tədarükü və Təhcizatı” Açıq Səhmdar Cəmiyyəti (ASC) buna qədər də Azexport portalı vasitəsi ilə alma, yerkökü, pomidor, soğan və fındıq məhsulları üzrə ixrac sifarişləri alıb. Hazırda “Ərzaq Məhsulları Tədarükü və Təchizatı” ASC Azexport üzərindən öz məhsullarını Amazon saytında yerləşdirilməsi ilə bağlı danışıqlar aparır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədləri ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzun müddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti