Bakı. Elçin Mehdiyev - Trend:
2017-ci ilin yanvar-iyul aylarında Bakının pərakəndə ticarət şəbəkələrində 10 milyard 304,9 milyon manat məbləğində məhsul satılıb.
Trend Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, bu məbləğ əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,7 faiz çoxdur.
Yanvar-iyul aylarında xidmət müəssisələri tərəfindən əhaliyə 2 milyard 673 milyon 395 min manatdan artıq, yaxud 2016-cı ilin müvafiq dövrünün səviyyəsinin 99,4 faizi həcmində ödənişli xidmətlər göstərilib.
İstehlak məhsullarının və xidmətlərin qiymətləri iyul ayında iyun ayına nisbətən 0,1 faiz ucuzlaşıb, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,2 faiz ucuzlaşıb, qeyri-ərzaq məhsullarının 1,2 faiz bahalaşıb, xidmətlər üzrə qiymətlər 0,4 bahalaşıb.