...

Azərbaycan Prezidenti: İndi vaxt gəlib ki, böyük ixraca hesablanmış logistik mərkəzlərin yaradılması təmin edilsin

İqtisadiyyat Materials 9 Oktyabr 2017 19:43 (UTC +04:00)
İndi vaxt gəlib ki, böyük ixraca hesablanmış logistik mərkəzlərin yaradılması təmin edilsin.
Azərbaycan Prezidenti: İndi vaxt gəlib ki, böyük ixraca hesablanmış logistik mərkəzlərin yaradılması təmin edilsin

Bakı. Trend:

İndi vaxt gəlib ki, böyük ixraca hesablanmış logistik mərkəzlərin yaradılması təmin edilsin.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında yekun nitqində deyib.

Prezident İlham Əliyev bildirib ki, bölgələrdə logistik mərkəzlərin tikintisinə başlanılıb: "Biz əslində artıq neçə ildir ki, soyuducu anbarlar, taxıl anbarları, logistika ilə bağlı digər məsələləri uğurla həll edirik. Demək olar ki, bütün bölgələrdə bu məsələlər öz həllini tapıbdır. İndi vaxt gəlib ki, böyük ixraca hesablanmış logistik mərkəzlərin yaradılması təmin edilsin. Çünki biz əvvəlki dövrlərdə bu işləri daha çox məhsulun xarab olmaması, saxlanması və daxili tələbatın təmin edilməsi üçün görürdük. Ancaq bizim ixrac imkanlarımız artacaq, - indi mən bu barədə də danışacağam, - və belə olan halda, mütləq böyük logistik mərkəzlər tikilməlidir. Onlardan birini mən Şəmkir rayonunda olarkən görmüşəm. Əslində o logistik mərkəzin də, Şəmkir Aqroparkının da təməlini qoymuşam. İndi deyə bilərəm ki, bu bölgədə ən böyük logistik mərkəz yaradılıbdır. Hesab edirəm ki, bundan sonra bizə ən azı üç böyük logistik mərkəz lazımdır - Mərkəzi Aran, şimal və cənub zonalarında. Mən sahibkarları da bu işlərə dəvət edirəm. Dövlət öz dəstəyini verəcək, kreditlər ayıracaq, bütün lazımi infrastruktur təşkil ediləcək. Çünki bu, bizim böyük ixrac potensialımızın inkişafı üçün mütləq lazım olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti