...

II Bakı Ticarət Festivalında ƏDV-ləri qaytaracaq bankların SİYAHISI

İqtisadiyyat Materials 12 Oktyabr 2017 14:45 (UTC +04:00)
II Bakı Ticarət Festivalı zamanı ƏDV-lər 7 bank tərəfindən qaytarılacaq.
II Bakı Ticarət Festivalında ƏDV-ləri qaytaracaq bankların SİYAHISI

Bakı. Ənvər Məmmədov - Trend:

II Bakı Ticarət Festivalı zamanı ƏDV-lər 7 bank tərəfindən qaytarılacaq.

Trend-in məlumatına görə, bunu Azərbaycanın vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

Nazir müavini deyib: "II Ticarət Festivalı zamanı ƏDV-ləri qaytaracaq bankların sayı 7-ə çatacaq. Bu prosesə daha 2 bank qoşulub - Azərbaycan Beynəlxalq Bankı və "Azər Turk Bank".

Nazir müavinin sözlərinə görə, I Ticarət Festivalı zamanı ƏDV-lər 5 bankın filiallarında həyata keçirilib - "Kapital Bank", "PASHA Bank", "Yapi Kredi Bank Azerbaijan", "Bank Silk Way" və Azərbaycan Sənaye Bankı.

Xatırladaq ki, II Bakı Ticarət Festivalı oktyabrın 15-dən noyabrın 15-dək keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti