Bakı. Fərhad Daneşvər - Trend:
İranın iqtisadiyyat və maliyyə naziri Məsud Kərbasian Azərbaycana səfər edəcək.
Bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.
Mətbuat xidmətindən verilən məlumata görə, nazir oktyabrın 23-24-də Bakıda səfərdə olacaq.