...

Bərdəlilər pambıq tədarükündə bütün rayonları geridə qoydu

İqtisadiyyat Materials 20 Noyabr 2017 11:57 (UTC +04:00)
Bərdə rayonu pambıq tədarükünə liderlik edir. Rayon pambıqçıları ötən gün qəbul məntəqələrinə 401,94 ton pambıq təhvil veriblər.
Bərdəlilər pambıq tədarükündə bütün rayonları geridə qoydu

Bakı. Trend:

Bərdə rayonu pambıq tədarükünə liderlik edir. Rayon pambıqçıları ötən gün qəbul məntəqələrinə 401,94 ton pambıq təhvil veriblər.

Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, ötən gün ölkə üzrə pambıq qəbulu məntəqələrinə 1942,07 ton pambıq təhvil verilib.

Komitədən bildirilib ki, respublika üzrə bu günə qədər 184 min 440,01 ton pambıq tədarük edilib.

20.11.2017-ci il tarixə pambıq tədarükünə dair operativ məlumat

Məqalədə:
Xəbər lenti

Xəbər lenti