Bakı. Azad Həsənli - Trend:
Azərbaycanda gənclər işə düzələrkən güzəştlər əldə edəcəklər.
Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov UNEC2B əmək bazarı platformasının təqdimat mərasimində deyib.
Nazirin sözlərinə görə, söhbət ondan gedir ki, hökumət işəgötürənlərin əməkdaşlar üçün ödədiyi sosial ödəmələrin, eləcə də əməkhaqqının yarısını ödəyəcək.
Gələn il güzəştli proqramda 1000, 2019-cu ildə isə 5000 gəncin iştirakı nəzərdə tutulur.