...

Bu sığorta şirkətinə yeni sədr təyin edildi

İqtisadiyyat Materials 30 Noyabr 2017 09:34 (UTC +04:00)
“Günay Sığorta” ASC-nin İdarə Heyətinə yeni sədr təyin edilib.
Bu sığorta şirkətinə yeni sədr təyin edildi

Bakı. Azad Həsənli - Trend:

“Günay Sığorta” ASC-nin İdarə Heyətinə yeni sədr təyin edilib.

Bu barədə Trend-ə ASC-dən məlumat verilib.

Bu vəzifəyə şirkətin Direktorlar Şurasının sədr müavini vəzifəsində çalışmış Həsən Bədəlov təyin edilib. Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edildikdən sonra isə o, rəsmi olaraq vəzifəsinin icrasına başlayacaq.

Qeyd edək ki, H.Bədəlov 2002-2008-ci illərdə “Azər-Türk Bank” ASC-də, 2008-2013-cü illərdə “Azərbaycan Sənaye Bankı” ASC-nin İdarə Heyətinin sədr müavini, 2013-2014-cü illərdə İntersun şirkətində bank, sığorta və pərakəndə sahələri üzrə maliyyə müşaviri, 2014-2015-ci illərdə bir sıra maliyyə qurumlarında müşavir kimi çalışıb. 2016-cı ildən etibarən isə “Günay Sığorta” ASC-də Direktorlar Şurasının sədr müavini kimi çalışıb.

İdarə Heyətinin sədri Vüqar Babakişiyev Direktorlar Şurasının üzvü kimi şirkətdə fəaliyyətini davam etdirəcək.

Azərbaycanın ilk özəl sığorta şirkəti olan "Günay Sığorta" ASC-nin inkişaf tarixi 25 ili əhatə edir. "Günay Sığorta" ASC Maliyyə Nazirliyi tərəfindən verilmiş 4 sentyabr 1992-ci il tarixli 235 saylı şəhadətnamə ilə qeydiyyata alınaraq fəaliyyətə başlamışdır. Hazırda “Günay Sığorta” ASC Bakı ofislərindən əlavə olaraq 12 nümayəndəlik şəbəkəsi ilə təmsil olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti