Bakı. Trend:
VTB (Azərbaycan) internet bank və mobil əlavə vasitəsi ilə bankın kartları arasında pul köçürmələrinin şərtlərini yeniləyərək, onları istifadəçilər üçün daha sərfəli edib.
Bankın Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, indi bankın kartları arasında onlayn-köçürmələr komissiyasız həyata keçirilə bilər.
Bunun üçün müştəriyə, VTB Online internet bankda və ya VTB Mobile mobil əlavədə Card-to-Card funksiyasından istifadə etmək tələb olunur. Köçürməni reallaşdırmaq üçün vəsaiti alan şəxsin kart nömrəsini göstərmək kifayətdir.
Bu funksionalın rahatlığı istənilən vaxtda, bankın ofislərinə gəlmədən bankın kartları arasında vəsait köçürmək imkanından ibarətdir. Bir kartdan digərinə köçürülən vəsait dərhal pul alan şəxsə köçürülür.
“Biz daim xidmətimizin mükəmməlləşməsi üzərində çalışırıq. İndi müştərilərimizə bank kartları arasında köçürmələr etmək daha sərfəlidir – xidmətə görə onlardan komissiya tutulmayacaq”- deyə, bank VTB (Azərbaycan)-ın İnformasiya texnologiyaları idarəsinin rəisi Aleksandr Firstov bildirib.