...

Beynəlxalq bankçılıq sərgi-konfransının keçiriləcəyi məkan açıqlandı

İqtisadiyyat Materials 16 Fevral 2018 09:00 (UTC +04:00)
Beynəlxalq bankçılıq sərgi-konfransının keçiriləcəyi məkan açıqlandı.
Beynəlxalq bankçılıq sərgi-konfransının keçiriləcəyi məkan açıqlandı

Bakı. Trend:

17-18 aprel 2018-ci il tarixində “FA International Trade Events” şirkəti tərəfindən təşkil olunan “Rəqəmsal Bankçılıq və Təhlükəsizlik” mövzusunda Beynəlxalq Bankçılıq Sərgi-Konfransının keçiriləcəyi məkan açıqlanıb.

Şirkətdən Trend-ə verilən məlumata görə, sərgi-konfrans Hotel Fairmont Baku-da keçiriləcək.

Tədbir çərçivəsində maliyyə texnoloji avadanlıqların, proqram təminatlarının, bank avtomatlaşdırma sistemlərinin nümayiş sərgisi olacaq. Müasir ödəmə və identifikasiya vasitələri, biometrik ATM ilə yanaşı, "Unionpay", "AliPAY" (ALİBABA), "VİSA", "Mastercard" kimi maliyyə xidmətləri şirkətlərinin yeni innovativ təqdimatları gözlənilir.

Konfrans "Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"nin tədbirlər planına istinad olaraq bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi üçün tənzimləmə mexanizminin təkmilləşdirilməsi istiqamətində görüləcək işlərin bir hissəsidir və "FA International Trade Events" (www.futureadvantage.events) şirkətinin təşkilatçılığı ilə keçirilir.

Tədbir haqqında daha ətraflı məlumatı keçid vasitəsilə əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti