...

Azərbaycan Prezidenti meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan işçilərin maaşlarını artırdı

İqtisadiyyat Materials 3 Mart 2018 18:28 (UTC +04:00)
Prezident İlham Əliyev meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb
Azərbaycan Prezidenti meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan işçilərin maaşlarını artırdı

Bakı. Trend:

Prezident İlham Əliyev meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb.

Sərəncam meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan işçilərin sosial müdafiəsini daha da gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədilə imzalanıb.

Sərəncama əsasən, dövlət büdcəsindən maliyyələşdirilən meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılır.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti