Bakı. Trend:
Azərbaycanda mebel istehsalı sənayesində artım qeydə alınıb.
Trend-in məlumatına görə, bu artım ötən il qeydə alınıb. Belə ki, 2017-ci ildə ölkədə 66,5 milyon manat dəyərində mebel istehsal olunub.
Qeyd edək ki, bu göstərici 2016-cı il üzrə göstərici ilə müqayisədə 16,2 faiz artım deməkdir.
Nazirlər Kabinetinin 2017-ci il üzrə fəaliyyətinə dair hesabatında qeyd olunub ki, ölkədə mebel istehsalı həm daxili, həm də xarici bazarın tələbatlarını ödəyir.
Ümumilikdə isə hesabat dövründə 147,2 milyon manat dəyərində ağac emalı, kağız və karton istehsalı qeydə alınıb.