...

ABŞ Federal Ehtiyatlar Sistemi faiz dərəcəsini artırıb

İqtisadiyyat Materials 21 Mart 2018 22:39 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) 20-21 mart tarixində keçirilən iclasın yekunlarına əsasən federal kredit vəsaitləri üzrə faiz dərəcəsini artırmağa qərar verib.

Trend-in İnterfaks-a istinadən verdiyi məlumata əsasən, dərəcə 25 bazis bəndi , yəni illik 1,5-1,75%-ə qədər artırılıb.

FED 2018-ci ildə dərəcənin 3 dəfə artacağı barədə fikrində qətiyyətlidir, yəni dərəcənin bu il hələ 2 dəfə artacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti