Bakı. Hüseyn Vəliyev - Trend:
Azərbaycanın “Goldenpay” ödəmə sistemi şirkətinin idarəetmə strukturunda dəyişikliklər baş verib.
Bu barədə Trend-ə şirkətdən məlumat verilib.
Daha əvvəl şirkətin İdarə heyətinin sədri olmuş Fərid İsmayılzadə Müşahidə şurasının üzvü təyin olunub və bundan sonra şirkətin strateji idarəetmə və inkişaf məsələlərində fəal iştirak edəcək. Bunda başqa, İdarə heyətini Elvin Mirzəyev tərk edib.
İdarə heyətinin sədri vəzifəsinə Naina Mehdiyeva təyin olunub. Şirkətin idarəetmə strukturuna həmçinin Məhəmmədiyyə Əbdürəhimov və ABŞ və Türkiyədə aparıcı şirkətlərdə iş təcrübəsi olan Tuğba Ucar təyin edilib.