...

“Şahdağ Turizm Mərkəzi” QSC və “Şimali Qafqaz Kurortları” memorandum imzalayıb (FOTO)

İqtisadiyyat Materials 23 Aprel 2018 15:24 (UTC +04:00)
“Şahdağ Turizm Mərkəzi” QSC və “Şimali Qafqaz Kurortları” SC arasında əməkdaşlıq və qarşılıqlı anlaşma haqqında memorandum imzalanıb.
“Şahdağ Turizm Mərkəzi” QSC və “Şimali Qafqaz Kurortları” memorandum imzalayıb (FOTO)

Bakı. Trend:

“Şahdağ Turizm Mərkəzi” QSC və “Şimali Qafqaz Kurortları” SC arasında əməkdaşlıq və qarşılıqlı anlaşma haqqında memorandum imzalanıb.

“Şahdağ Turizm Mərkəzi” QSC-dən Trend-ə verilən məlumata görə, Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkinin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün 23 aprel 2018-ci il tarixində iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşərək, qarşılıqlı iqtisadi işgüzar əlaqələrin inkişaf etdirilməsi yönündə müzakirələr aparıblar.

Görüş çərçivəsində “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti və “Şimali Qafqaz Kurortları” Səhmdar Cəmiyyəti arasında əməkdaşlıq və qarşılıqlı anlaşma haqqında memorandum imzalanıb.

Memorandumun imzalanmasında əsas məqsəd hər iki regionun turizm potensialının inkişaf etdirilməsi yönündə iki şirkət arasında əməkdaşlığın və qarşılıqlı səmərəli işgüzar əlaqələrin qurulması və inkişaf etdirilməsi, eyni zamanda təcrübə mübadiləsinin həyata keçirilməsidir.

Memorandum çərçivəsində dağ-xizək kurortlarının istismarı, qış və yay aylarında – il boyu fəaliyyət göstərən kurortların inkişafı, xizək mövsümünün uzunmüddətli olması üçün süni qar örtüyünün yaradılması texnologiyaları, kurortlarda keyfiyyət standartlarının tətbiq edilməsi, birlikdə marketinq araşdırmalarının aparılması nəzərdə tutulub.

Eyni zamanda yay istirahət proqramlarının hazırlanması, kurortlarda mühüm tədbirlərin, o cümlədən beynəlxalq yarışların keçirilməsi, qarşılıqlı əməkdaşlıq istiqamətlərindən biri kimi müntəzəm olaraq kurortlara dair statistik məlumatların mübadiləsi istiqamətində birgə işlərin aparılması razılaşdırılıb.

Eləcə də daxili və xarici bazarda turizm məhsullarının təşviqi və təbliğatı məqsədilə birgə addımların atılmasına xüsusi diqqət yetirilməsi nəzərdə tutulub.

Memorandumun tərəflər arasında qarşılıqlı anlaşma və əməkdaşlığın inkişafına öz töhfəsini verəcəyinə dair əminlik ifadə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti