Bakı. Ənvər Məmmədov - Trend:
Bakıda ticarət qovşağının inkişafı təkcə Azərbaycanın yox, həm də regional iqtisadiyyatın artımına xidmət edəcək.
Trend-in məlumatına görə, bunu “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov deyib.
T.Ziyadovun sözlərinə görə, istənilən ticarət marşrutunda bir sahənin inkişafı digər sahələrə də təsirini göstərir:
“Biz effektiv ticarət qovşağı modeli yaratmışıq. Biz ticarət limanı tikdik, amma başa düşdük ki, azad ticarət zonası olmadan liman çox effektiv olmayacaq. Ona görə də biz azad ticarət zonası yaradırıq və artıq müvafiq qanunlar qəbul etmişik. Bu, işgüzar modeldir və biz qonşularımızdan bundan istifadə etməyə çağırırıq”.