...

Azərbaycan Dövlət Dəniz Akademiyasının Təlim-Tədris Mərkəzinə media-tur təşkil olunub (FOTO)

İqtisadiyyat Materials 18 İyul 2018 17:47 (UTC +04:00)
Bu gün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Azərbaycan Dövlət Dəniz Akademiyasının Təlim Tədris Mərkəzinə media-tur təşkil olunub.
Azərbaycan Dövlət Dəniz Akademiyasının Təlim-Tədris Mərkəzinə media-tur təşkil olunub (FOTO)

Bakı. İlkin Şəfiyev - Trend:

Bu gün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Azərbaycan Dövlət Dəniz Akademiyasının Təlim Tədris Mərkəzinə media-tur təşkil olunub.

Trend-in məlumatına görə, Təlim-Tədris Mərkəzi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC sədrinin əmrinə əsasən, dənizdə işləyən mütəxəssislərin hazırlanması və sertifikatlandırılması haqqında beynəlxalq standartların tələbləri Nəzərə alınaraq yaradılıb. Mərkəzdə Dənizçilərin Sertifikatlaşdırılması üçün təlimlərin keçirilməsi, onların təcrübi məşğələləri və qiymətləndirilməsi xidmətləri göstərilir.

Təlim-Tədris Mərkəzi ən son model trenajor və dənizçilik avadanlıqları ilə təchiz edilmiş müasir auditoriyalardan ibarət iki mərtəbəli inzibati binada fəaliyyət göstərir.

Media nümayəndələrinin diqqətinə çatdırılıb ki, son dövrlər mərkəzdə fəaliyyət prosesi daha da təkmilləşdirilib, yeni peşəkar işçi komandası formalşdırılıb, tədris proqramları və dərs vəsaitləri standart formaya salınıb.

Daha sonra Təlim-Tədris Mərkəzinə məxsus hovuz haqqında jurnalistlərə məlumat verilib. Bildirilib ki, sözügedən hovuz beynəlxalq standartların tələblərinə uyğun olaraq müasir avadanlıqlarla təchiz edilib. Bu, ölkəmizdə yeganə ixtisaslaşmış hovuzdur. Burada yerli və xarici mütəxəssislər üçün (dənizçilər) birbaşa suda sağqalma və üzmə, qəzaya uğramış helikopterlərdən təxliyyə, növbətçi sal və qayıqlardan istifadə qaydaları kimi praktik məşğələr keçirilir.

Mərkəz müxtəlif beynəlxalq təşkilatlardan sertifikatlar alaraq təlim keyfiyyətini yüksək səviyyəyə çatdırıb. Burada keçirilən təlimlər birbaşa Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Dövlət Dəniz Agentliyi və Amerika Gəmiçilik Bürosu (American Bureau of Shipping-ABS) tərəfindən akkreditasiya edilib.

Təlim-Tədris Mərkəzi Beynəlxalq Keyfiyyət İdarəetmə Sistemi İSO 9001:2015 standartına uyğun fəaliyyətini təşkil edib və Bureau Veritas Beynəlxalq Sertifikatlaşdırma təşkilatı tərəfindən sertifikata layiq görülüb.

Bundan başqa, Böyük Britaniyanın nüfuzlu “The Nautical İnstitute” təşkilatının nümayəndə heyətinin 2017-ci ilin 6-7 iyul tarixlərində keçirdiyi yoxlamanın nəticələrinə əsasən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Azərbaycan Dövlət Dəniz Akademiyasının Təlim Tədris Mərkəzinin Dinamik Mövqe Saxlama Simulyatoruna sertifikat verilib. Bu sertifikat “DP İnduction” və “DP Simulator” təlimlərinin keçirilməsinə şərait yaradır. Məlumat üçün bildiririk ki, Dinamik Mövqe Saxlama Simulyatoru gəmi mövqeyini və gəminin istiqamətini saxlamaq üçün kompüter nəzarət sistemidir.

Beləliklə, hazırda Azərbaycan Dövlət Dəniz Akademiyasının Təlim Tədris Mərkəzi dünyada “DP İnduction” və “DP Simulator” təlimlərinin keçirilməsinə səlahiyyəti olan 95 mərkəzdən biri, Azərbaycanda isə yeganə təşkilatdır.

Təlim-Tədris Mərkəzinin məqsədi DHDNÇ-78 əlavələr edilmiş Beynəlxalq Konvensiyaya uyğun olaraq, Beynəlxalq Dəniz Təşkilatının Model Kursları əsasında komanda heyəti və sıravi heyət üçün xüsusi təlim kursları, habelə ixtisasartırma və yenidən hazırlıq kurslarını yüksək keyfiyyətlə və təhlükəsiz şəkildə təşkil edilməsini təmin etməkdən ibarətdir.

Dənizçilərin və dənizdə işləyən heyətin peşəkarlıq səviyyəsinin artırılması, onların fəaliyyət sahəsinə dair dünya və beynəlxalq təcrübəni onlara aşılamaq və təlimləndirməkdən ibarətdir.

Təlim-Tədris Mərkəzində ümumilikdə 55-ə yaxın təlim keçirilir. Bunlar da nəzəri və təcrübi hissələrə ayrılır. Təlim və kursların təcrübi hissələri trenajor və simulyatorla təchiz olunmuş otaqlarda, ixtisaslaşmış hovuzda və məşq poliqonlarında keçirilir. Eyni zamanda mərkəzdə keçirilən kurslar xüsusiyyətlərinə görə 6 qrupa bölünür.

1. KSƏTƏMM-Təhlükəsiz üzmə kursları;

2. Rabitə vasitələri kursları;

3. Tanker kursları;

4. Dinamik mövqe saxlama kursları;

5. Kvalifikasiya kursları;

6. Navigasiya kursları.

Təcrübi məşğələlərin təmin edilməsi üçün Mərkəzdə aşağıda qeyd olunan avadanlıqlar var:

1. AT xilasetmə qayığı.

2. Xilasetmə sal “Wiking”.

3. “Qlobal Dəniz Fəlakət və Əmniyyətli Rabitə Sistemi (QDFƏRS)” (POSEİDON və TRANSAS firmasının istehsalı olan) trenajoru.

4. “Qlobal Dəniz Fəlakət və Əmniyyətli Rabitə Sistemi (QDFƏRS)”-nin real avadanlığı.

5. “Radar müşahidəsi və təsviri, avtomatik radar müşahidəsi vasitələrinin istismarı” (POSEİDONfirmasının istehsalı olan) trenajoru.

6. “Elektron Xəritə Displeyinin və İnformasiya Sistemlərinin İstismar Qaydaları” trenajoru.

7. “Sürətli xilasetmə qayıq mütəxəssisi” (TRANSAS firmasının istehsalı olan) hazırlığı trenajoru.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti