...

“Bank Respublika”nın aktivləri ikinci rübün nəticələrinə əsasən 16% artıb

İqtisadiyyat Materials 26 İyul 2018 19:54 (UTC +04:00)
Bank Respublika cari ilin ikinci rübünün yekunlarına dair maliyyə hesabatlarını açıqlayıb.
“Bank Respublika”nın aktivləri ikinci rübün nəticələrinə əsasən 16% artıb

Bakı. Trend:

Bank Respublika cari ilin ikinci rübünün yekunlarına dair maliyyə hesabatlarını açıqlayıb. Hesabata əsasən Bank ikinci rübdə də bütün istiqamətlər üzrə dinamik inkişaf etməyə davam edir.

1 iyul 2018-ci il tarixinə bankın aktivləri 860 mln. manata qədər çatdırılıb ki, bu da birinci rüblə müqayisədə 16,4% çoxdur. İkinci rübün nəticələrinə əsasən bankın xalis mənfəəti artaraq 640 min manata çatdırılıb.

Hesabat dövrünə bankın depozit portfelində cari ilin birinci rübünə nisbətən 23,2%, kredit portfelində isə 13% artım müşahidə olunur.

“2018-ci ilin ikinci rübünün yekunları üzrə əldə etdiyimiz pozitiv göstəricilər - təsdiq etdiyimiz inkişaf strategiyasının mərhələli şəkildə həyata keçirilməsinin nəticəsidir. Bu nəticələr müştərilərimizin maliyyə ehtiyaclarını maksimal şəkildə təmin etməyə və biznesi maliyyələşdirən aparıcı təşkilat kimi Bankın bazardakı mövqeyini möhkəmləndirməyə imkan verəcək”, - deyə “Bank Respublika”nın İdarə Heyətinin sədri Asəf Namazov qeyd edib.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti