...

Kartların qiyməti əridi! 90%-ə qədər endirimlər!

İqtisadiyyat Materials 16 Avqust 2018 14:03 (UTC +04:00)
Daim müştərilərinin rifahı və rahatlığını düşünən dövlət bankı Azər Türk Bank müxtəlif xidmət və məhsullar üzrə endirim kampaniyalarını davam etdirməkdədir.
Kartların qiyməti əridi! 90%-ə qədər endirimlər!

Bakı. Trend:

Daim müştərilərinin rifahı və rahatlığını düşünən dövlət bankı Azər Türk Bank müxtəlif xidmət və məhsullar üzrə endirim kampaniyalarını davam etdirməkdədir.

“Yay endirimləri” adlanan növbəti kampaniyada ödəniş kartlarının əldə edilməsində 90% endirim nəzərdə tutulmuşdur. Belə ki, 15 avqust-15 sentyabr tarixləri ərzində müştərilər tarif üzrə qiyməti 10 manat olan Visa Electron kartını 1 manat, qiyməti 15 manat olan Visa Classic kartını 3 manat ödəməklə əldə edə biləcəklər.

Bunun üçün Bankın istənilən xidmət ofisinə gələrək şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə, yaxud http://azerturkbank.az/online/card/ saytından onlayn sifariş vermək olar. Sifariş üç iş günü ərzində yerinə yetirlir.

Əlavə məlumat üçün www.azerturkbank.az saytına, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrinə, WhatsApp (055) 7770 945, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzinə müraciət edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti