...

Qazaxda kartof böcəyinə qarşı mübarizə tədbirləri aparılır (FOTO)

İqtisadiyyat Materials 18 Avqust 2018 20:48 (UTC +04:00)
Qazax rayonu ərazisində karantin tətbiq edilən zərərli orqanizmlərə qarşı müşahidə və mübarizə tədbirləri davam etdirilir.
Qazaxda kartof böcəyinə qarşı mübarizə tədbirləri aparılır (FOTO)

Bakı. Trend:

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin Qazax Rayonu Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən Qazax rayonunun Cəfərli kəndində “Azərsun Holdinq” MMC-yə məxsus 138 hektar kartof sahəsində fitosanitar müşahidələr həyata keçirilib və 38 hektar sahənin Kolorado kartof böcəyi ilə sirayətləndiyi aşkar olunub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, sirayətlənmə aşkar olunmuş sahədə təsərrüfat subyekti hesabına “PROMUSE-700” preparatı ilə kimyəvi mübarizə tədbirləri həyata keçirilib. Mübarizə tədbirləri öz səmərəsini verib və sahələrdə Kolorado kartof güvəsinə rast gəlinməyib.

Qazax Rayonu Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri mütamadi olaraq fermerlərlə görüşlər keçirir, kimyəvi preparatlardan vaxtında təlimata uyğun istifadə edilməsi və texniki təhlükəsizlik qaydalarına düzgün riayət olunması ilə bağlı tövsiyələr verirlər. Hazırda mübarizə tədbirləri davam etdirilir.

Kolorado kartof böcəyi Tovuz, Şəmkir və Gədəbəy rayonlarında geniş yayılıb. Gədəbəydə hava nisbətən sərin keçdiyi üçün ildə 2 nəsil, Gəncə-Qazax bölgəsində isə ildə 3-4 nəsil verir. Karantin zərərvericisi sayılan Kolorado kartof böcəyi kartof, badımcan, pomidor, bibər, kələm və digər birkilərə böyük ziyan vurur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti