...

Mülki Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın prezidenti Azərbaycanda işgüzar səfərdədir

İqtisadiyyat Materials 1 Oktyabr 2018 12:54 (UTC +04:00)
Mülki Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın prezidenti, professor Tatyana Anodina Azərbaycana işgüzar səfərdədir.
Mülki Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın prezidenti Azərbaycanda işgüzar səfərdədir

Bakı. Trend:

Mülki Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın prezidenti, professor Tatyana Anodina Azərbaycana işgüzar səfərdədir.

Azərbaycan Hava Yolları QSC-dən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində Baş nazir Novruz Məmmədov, eyni zamanda Azərbaycan hökümətinin nazirləri ilə görüşlər keçirilib. Görüşlər zamanı Dövlətlərarası Şura tərəfindən 2015-2018-ci illərdə Azərbaycanda və onun hüdudlarından kənarda keçirilən böyük beynəlxalq tədbirlər müzakirə olunub.

Tatyana Anodina mülki aviasiya obyektlərini və təşkilatlarını ziyarət etmiş və AZAL prezidenti Cahangir Əsgərov ilə görüşüb. Tərəflər uçuşların təhlükəsizliyinin bundan sonra da artırılması, aviasiya texnikası, hava limanları və təmir müəssisələrinin sertifikatlaşdırılması məsələlərini nəzərdən keçiriblər.

Dövlətlərarası Şuranın prezidenti 9-cu Rusiya-Azərbaycan Regionlararası Forumunun işində iştirak edib.

Tatyana Anodina bu günlərdə Bakıda keçirilən Cüdo üzrə Dünya Çempionatının yarışlarına baxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti