...

Bu il Azərbaycandan ən çox ixrac edilən qeyri-neft məhsullarının siyahısı açıqlanıb

İqtisadiyyat Materials 30 Oktyabr 2018 21:55 (UTC +04:00)
2018-ci ilin yanvar-sentyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor liderliyini qoruyaraq 145 milyon ABŞ dolları həcmində olub.
Bu il Azərbaycandan ən çox ixrac edilən qeyri-neft məhsullarının siyahısı açıqlanıb

Bakı. Trend:

2018-ci ilin yanvar-sentyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor liderliyini qoruyaraq 145 milyon ABŞ dolları həcmində olub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Trend-ə verilən məlumata görə, mərkəzin “İxrac İcmalı”nın 2018-ci ilin oktyabr sayında göstərilir ki, bu siyahıda qızıl (93 milyon ABŞ dolları) ikinci və xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen (68 milyon ABŞ dolları) üçüncü olub.

Ümumiyyətlə 2018-ci ilin yanvar-sentyabr ayları ərzində meyvə-tərəvəz ixracı 342,5 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 95,7 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 97,2 milyon, elektrik enerjisinin ixracı 60 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 64,3 milyon, pambıq lifi ixracı 62,7 milyon, kimya sənayesi məhsullarının ixracı 56,9 milyon, pambıq ipliyi ixracı 17 milyon ABŞ dolları təşkil edib.

Qeyd edək ki, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin 9 ayında pambıq lifinin ixracı 2,3 dəfə, elektrik enerjisinin ixracı 64,6 faiz, pambıq ipliyinin ixracı 37,8 faiz, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 22,9 faiz, meyvə-tərəvəzin ixracı 11,8 faiz, alüminium və ondan hazırlanan məmulatların ixracı 11,2 faiz, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 5,5 faiz artıb.

2018-ci ilin sentyabr ayında isə qeyri-neft sektoru üzrə ixrac 114 milyon ABŞ dolları təşkil edib və ən çox mal ixrac edilən ölkələrin siyahısına Rusiya (27 milyon ABŞ dolları) başçılıq edib. Daha sonra bu siyahıda Türkiyə (25,7 milyon ABŞ dolları), İsveçrə (13 milyon ABŞ dolları), Gürcüstan (8,9 milyon ABŞ dolları) və Qazaxıstan (3,8 milyon ABŞ dolları) qərarlaşıb. Sentyabr ayında qeyri-neft sektoru üzrə ixracda qabığı təmizlənmiş meşə fındığı (12 milyon ABŞ dolları) birinci, qızıl (11,9 milyon ABŞ dolları) ikinci, metanol (7,1 milyon ABŞ dolları) isə üçüncü olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti