...

“Mastercard” Naxçıvanda növbəti kampaniyaya başlayıb

İqtisadiyyat Materials 8 Noyabr 2018 12:58 (UTC +04:00)
Qlobal ödəniş texnologiyalarının lideri sayılan “Mastercard” şirkəti “Sizin Market” və “Banu” supermarketləri ilə birgə Naxçıvanda yeni kampaniyaya start verib.
“Mastercard” Naxçıvanda növbəti kampaniyaya başlayıb

Bakı. Trend:

Qlobal ödəniş texnologiyalarının lideri sayılan “Mastercard” şirkəti “Sizin Market” və “Banu” supermarketləri ilə birgə Naxçıvanda yeni kampaniyaya start verib.

Kampaniya çərçivəsində 20 AZN və ya daha yüksək məbləğdə alış-verişini “Mastercard” və ya “Maestro” kartları ilə ödəyən bütün müştərilər marketdə təklif edilən hədiyyələrdən birinə sahib olacaqlar. Hədiyyə almaq üçün “Mastercard” və “Maestro” kartlarının istifadəçiləri Müştəri Xidmətləri masasına yaxınlaşıb, əməkdaşlara ödəniş qəbzini təqdim etməlidirlər. Kampaniya noyabrın 8-dən bu ilin sonunadək davam edəcək. “Mastercard” və “Maestro” kartlarının sahibləri aksiyadan gündə bir dəfə yararlana bilərlər.

“Yerli bazarda uzunmüddətli öhdəliklərinin möhkəmləndirilməsi naminə Naxçıvanda bu kampaniyanı davam etdirməkdən qürur duyuruq. Mərkəzi Bankla birgə tərəfdaşlıq çərçivəsində həyata keçirilən "Nağdsız Azərbaycan" layihəmizi dəstəkləmək məqsədilə biz Azərbaycanda kart sahiblərimiz üçün mütəmadi olaraq stimullaşdırıcı kampaniyalar təşkil edirik. Biz, həmçinin, Naxçıvanda keçirilən ilk uğurlu kampaniyamızdan sonra şəhərdəki iki böyük supermarketlə əməkdaşlıq etməyə və burada bizim qlobal "world beyond cash" baxışımızı təqdim etməkdən məmnunuq”, - deyə “Mastercard”ın Azərbaycan üzrə meneceri Erdem Çakar bildirib.

"Sizin Market” supermarketi Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, 19, ünvanında, “Banu” supermaketi isə “Gənclər şəhərciyi”, blok 9, ünvanında yerləşir.

“Mastercard” haqqında:

“Mastercard” (NYSE: MA) www.mastercard.com – qlobal ödəmə sistemləri sahəsində çalışan texnologiya şirkətidir. Şirkət 210 ölkədə istifadəçi, maliyyə institutları, ticarət təşkilatları, dövlət və biznes strukturlarını birləşdirən dünyanın ən çevik ödəmələr emalını idarə edir. “Mastercard”ın məhsul və həlləri alış-veriş, səyahət, biznes və maliyyə idarətməsi kimi gündəlik məsələləri daha rahat, təhlükəsiz və effektiv şəkildə həll etməyə imkan yaradır. Şirkətlə bağlı yenilikləri “Twitter”də @MasterCardNews izləyib, “Beyond the Transaction Blog” bloqunda müzakirələrə qoşulub və “Engagement Bureau” xəbərlərinə yazıla bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti