...

Deputat: 2019-cu ilin büdcəsi dünyada gedən proseslər və Azərbaycan reallığı nəzərə alınmaqla hazırlanıb

İqtisadiyyat Materials 13 Noyabr 2018 17:40 (UTC +04:00)
Düşünürəm ki, 2019-cu ilin büdcəsi dünyada gedən proseslər və Azərbaycan reallığı nəzərə alınmaqla hazırlanıb.
Deputat: 2019-cu ilin büdcəsi dünyada gedən proseslər və Azərbaycan reallığı nəzərə alınmaqla hazırlanıb

Bakı. Elçin Mehdiyev - Trend:

Düşünürəm ki, 2019-cu ilin büdcəsi dünyada gedən proseslər və Azərbaycan reallığı nəzərə alınmaqla hazırlanıb.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Deputat vurğulayıb ki, bu büdcənin sosialyönümlü olması bir daha göstərir ki, dövlətin əsas məqsədi xalqın yaşayış rifahının yaxşılaşdırılmasıdır:

“Gələn il də bu belə olacaq. İnflyasiyanın aşağı həddə olması bir daha onu göstərir ki, Azərbaycan xalqı gələn il daha yaxşı yaşayacaq”.

M.Quliyev səhiyyə büdcəsinin artırılmasına görə Prezidentə və bütün hökumət üzvlərinə təşəkkür edib: “Səhiyyənin büdcəsi 1 milyard 48 milyon manat miqdarında müəyyənləşib. Təbii ki, bu Azərbaycan xalqının sağlamlığına daha yaxşı xidmət göstərməyə şərait yaradacaq”.

Deputat qeyd edib ki, şəkərli diabet və digər xəstəliklərin profilaktikası üçün 15 miyon manat əlavə vəsait ayrılması təqdirəlayiqdir: “İnsulin vəsaitlərinə yenidən baxılmasını təklif edirəm. 1990-cı illərdən indiyə qədər qəbul olunmuş normativlərə görə bir xəstənin müalicəsi üçün 40 faiz insulin nəzərdə tutulub. Dünya Səhiyyə Təşkilatı bir xəstənin müalicəsi üçün insulini 60-dan 80 faizə qaldırıb. Biz də normadan 2 dəfə çox insulin istifadə etməliyik. Buna görə düşünürəm ki, gələn ilin büdcəsində də buna diqqət yetiriləcək. Bir çox ölkələr analoq insulinlərdən istifadə edir. Bizdə uzun müddətdir ki, insan insulinlərindən istifadə olunur. Bu o qədər də effektiv olmur. Biz bunu gələcəkdə də nəzərdən keçirməliyik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti