...

Nazir Azərbaycan iqtisadiyyatı üçün neft qiymətlərinin "rahat" səviyyəsini açıqlayıb

İqtisadiyyat Materials 7 Fevral 2019 08:08 (UTC +04:00)

Bakı. Trend:

Neft qiymətləri hələlik "rahatdır", 60-70 dollar arası təyin olunsa bu Azərbaycan iqtisadiyyatı, ölkənin planları üçün çox müsbət olacaq.

Trend-in məlumatına görə, bunu "Bloomberg" agentliyinə müsahibəsində ölkəmizin energetika naziri Pərviz Şahbazov deyib.

Nazir qeyd edib ki, OPEC ölkələri və onların müttəfiqləri, çox guman ki, neft qiymətlərini "rahat" səviyyədə saxlamaq üçün neft hasilatının azaldılması barədə razılaşmanı uzadacaqlar.

P.Şahbazov həmçinin bildirib ki, Azərbaycan OPEC tərəfdaşı olaraq 2019-cu ilin ilk yarısı ərzində gündəlik hasilatı 20 min barrel azaltmağa razılaşıb və "razılaşma uzadılmasa, ilin ikinci yarsında illik hasilatı saxlamaq üçün kranları açacaq".

Nazirin proqnozlarına görə, 2021-ci ildə hasilatın həcmi gündə 30 min barelə qədər artacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti